Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:32

Büdcə kəsiri yarım milyarddan çox olub


Foto illüstrasiya
Foto illüstrasiya

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 milyard 103.1 milyon, xərcləri isə 10 milyard 622.2 milyon manat olub. Nəticədə büdcədə 519.1 milyon manatlıq kəsir (defisit) yaranıb.

GƏLİR PROQNOZU YERİNƏ YETİRİLMƏYİB

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10 milyard 103.1 milyon manat olub. Halbuki, bu, 12 milyard 98.3 milyon manat proqnozlaşdırılırdı. Beləliklə gəlir 16.5 faiz az olub.

XƏRCLƏR 12.5 FAİZ AZ İCRA OLUNUB

2016-cı ilin doqquz ayında dövlət büdcəsinin xərcləri10 milyard 622.2 milyon manat icra olunub. Bu, proqnozun 87.5 faizi deməkdir. Dövlət büdcəsi xərclərinin 42.5 faizi və ya 4 milyard 514 milyon manatı sosialyönümlü məsələlərin (əməyin ödənişi fondu, təqaüd, sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406.6 milyon manat və ya 9.9 faiz çoxdur.

İCMAL BÜDCƏ

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 14 milyard 951 milyon manat, xərcləri isə 12 milyard 623.4 milyon manat icra olunub. İcmal büdcənin artığı 2 milyard 327.6 milyonmanat təşkil edib.

Bu ilin dövlət büdcəsi iki dəfə qəbul edilib. 2016-cı ilin əvvəlki büdcəsində gəlirlər 14.5 milyard manat nəzərdə tutulmuşdusa, sonradan bu, 16.5 mlrd manata qaldırıldı.

Xərclər isə 16.2 milyarddan 18.3 milyard manata yüksəldildi. Əvvəl neftin bir barreli 50 dollara götürülmüşdü, dəyişiklikdən sonra isə 25 dollara endirildi.

XS
SM
MD
LG