Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Elmə hər 100 manatının yalnız 70 qəpiyini qıyan hökumət


Gələn ilin büdcəsindən kimə nə çatacaq?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Gələn ilin büdcəsindən kimə nə çatacaq?

2020-ci ilin dövlət büdcəsi şərti olaraq 100 manat götürülərsə buradan tikintiyə 18 manat 20 qəpik, elmə isə 70 qəpik ayrılır. Gələn ilin büdcəsi nə qədər ədalətli bölüşüdürülüb?

Ekspertlərlə təhlilə keçməzdən öncə bildirək ki, gələn ilin büdcə gəlirləri 24 milyard manat, xərcləri hardasa 27 milyard manat təşkil edir.

2020-ci ilin büdcəsində ən çox vəsait tikinti və şəhərsalmaya ayrılıb - 4,9 milyard manat. Müdafiə xərcləri isə 3,8 milyard manat təşkil edir.

Sosial müdafiəyə isə 3,2 milyard manat xərclənməsi nəzərdə tutulur.

Təhsil xərcləri də təxminən bir o qədərdir. 3,1 milyard manat.

Hüquq-mühafizə orqanlarına isə hardasa 2 milyard manata yaxın vəsaitin ayrılması planlaşdırılır.

Səhiyyə 1,3 milyard, kənd təsərrüfatı xərcləri isə 900 milyon manat nəzərdə tutulub.

Bu büdcə sosial yönümlü deyil

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, iqtisadçı Rəşad Həsənov deyir ki, 2020-ci ilin büdcəsində tikinti xərcləri, 2019-cu illə müqayisədə 1,4 milyard manat azaldılsa da, yenə də xərclərdə əsas yeri tutur. Onun fikrincə, tikintiyə ayrılan xərclərin korrupsiya yolu ilə mənimsənilməsi ehtimalı böyükdür.

Rəşad Həsənov düşünür ki, Azərbaycan büdcəsi sosial yönümlü deyil:

“Baxmayaraq ki, bu günə qədər dövlət büdcəsi sosial büdcə adlandırılır, amma sosial büdcə deyil. Çünki dünyanın əksər inkişaf etmiş dövlətlərinin büdcəsində sosial xərclər 70-80 faizi məhz sosial təyinatlı xərclərə ayrılır. Bizdə isə bu 30 faiz ətrafında dəyişirdi. 2019-cu ilin əvvəlində hökumət bir neçə sosial paket açıqladı. Müavinətlər, maaşlar, təqaüdlər artırıldı və büdcənin bu istiqamətdə xərcləri artdı”.

Rəşad Həsənov bildirir ki, bu sosial paketlər sayəsində 2020-ci ilin büdcəsində sosial təyinatlı xərclər ümumilikdə 2,6 milyard artırılıb.

Səhiyyə xərcləri 31 faiz, təhsil xərcləri isə 18 faiz artırılıb.

Bu artımlardan sonra belə 2020-ci ilin büdcəsində sosial təyinatlı xərclər 31 faizdən 38,5 faizə çatıb.

Şişirdilmiş büdcə təqdim edənlər kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Vahid Əhmədov: "Səhiyyə xərcləri yetərli deyil"

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da razılaşır ki, özəlliklə səhiyyə xərcləri yetərli deyil. Amma o, bildirir ki, “büdcə rezin deyil”, gərək xərcləri elə aparasan ki, sonra problem olmasın:

“Düzdür, 2020-ci ildə səhiyyə sisteminə xərclərin artırılması planlaşdırılıb, bu da icbari tibbi sığorta sistemin tətbiq edilməsi ilə bağlıdır. Tibbi sığorta əhəmiyyətli bir sahədir, insanların sağlamlığı ilə əlaqədardır. Buna daha çox vəsait ayırmağa ehtiyac var. Lakin vəsait imkan daxilində ayrılır. Büdcə rezin deyil və xərcləri elə aparmaq lazımdır ki, problem olmasın”.

Prezident İlham Əliyev oktyabrın 15-də 2019-cu ilin iqtisadi yekunlarına dair müşavirədə büdcədə şişirtmələrdən gileylənib, məmurlara qəzəblənmişdi. Prezident ad çəkməsə də bildirmişdi ki, 2020-ci ilin büdcəsi üçün şişirdilmiş rəqəmlər təqdim edənlər, özlərini ifşa edəcəklər.

Beləliklə, gələn ilin büdcəsi bir neçə gün öncə ictimaiyyətə açıqlanıb. Bəs, prezidentin belə bir xəbərdarlığından sonra büdcə xərcləri necə bölüşdürülüb? Bölgü nə qədər ədalətli aparılıb?

İqtisadçı ekspert Qubad İbadoğlunun hesablamalarına görə, büdcənin hər 100 manatından 21 manat 60 qəpiyi müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə orqanlarının saxlanmasına xərclənəcək.

18 manat 20 qəpiyi isə tikinti xərcləri üçün nəzərdə tutulub.

12 manat 10 qəpiyi sosial müdafiə, 11 manat 70 qəpiyi isə təhsilə ayrılacaq xərclərdir.

Büdcənin hər yüz manatından 5 manat 10 qəpiyi səhiyyə xərclərinə ayırmalardır.

Kənd tərərrüfatına isə 4 manat 40 qəpik ayrılması nəzərdə tutulur

Hər 100 manatın 70 qəpiyi elmə xərclənəcək.

Müharibə elmə mane olur

Millət vəkili Vahid Əhmədov isə deyir ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Dövlət başçısı xüsusi diqqətini büdcənin hərbi hissəsinə ayırır. İlbəil güclü ordunun formalaşması, müasir silahların alınması üçün bu sahəyə ayırmalar artırılır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Sizcə, dövlət büdcəsində hansı sahələrə daha çox pul ayrılmalıdır?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

2020-ci ilin dövlət büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.

Büdcə gəlilərinin yarıdan çoxu hələ də neft gəlirləri hesabına formalaşır. Gələn ilin dövlət büdcəsinin nə az-nə çox 57 faizini - neftdən gələn gəlirlər təşkil edir: həm Neft Fondundan transfertlər, həm də digər neft gəlirləri.

Gələn il Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənir.

Prezident İlham Əliyev özü də oktyabrın 15-də müşavirədə bu problemə toxunub. Büdcədə neftdən asılılığın aradan qaldırılması üçün hökumətə tapşırıqlar verdiyini deyib.

Müstəqil ekspertlər neftdən aslılığı ümumilikdə ölkə iqtisadiyyatı üçün ciddi problem hesab edirlər. İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, neftdən aslılıq qaldıqca, 2015-ci il böhranı təkrarlana bilər.

XS
SM
MD
LG