Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:36

Azərbaycan: "Erməni dronu xüsusi üsulla endirilib"

Aprelin 2-nə keçən gecə Azərbaycan-Ermənistan ordularının təmas xəttində yaranan gərginlik hələ də davam edir. Həm Ermənistan, həm də Azərbaycan tərəfdən çox sayda itki var.

Yazı yenilənir, ən son xəbər əvvəldədir.

17:41 2.4.2016

Münaqişə qızışandan sonra Xankəndində (Stepanakertdə) vəziyyət. Video: YouTube

18:37 2.4.2016

ATƏT-in Minsk qrupu bəyanat verib

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişə bölgəsinin cəbhə xəttində atəşkəsin kütləvi şəkildə pozulmasına dair daxil olan məlumatlardan ciddi narahatlıq ifadə edib.

"Biz gücdən istifadəni ciddi şəkildə qınayır və mülkü vətəndaşlar da daxil olmaqla, ehtiyac olmayan insan itkilərinə görə təəssüf hissi keçiririk" - deyə Minsk qrupunun bəyanatında deyilir.

Həmsədrlər tərəfləri atışmaları dayandırmağa və bölgədə sabitliyi bərpa etmək üçün bütün lazımi addımları atmağa çağırıb. Onlar təkrarən bildirib ki, münaqişənin sülh yolu ilə həllindən başqa heç bir alternativ həll yolu yoxdur və müharibə variant ola bilməz.

Həmsədrlər Rusiya Federasiyasında səfir İqor popov, ABŞ-dan Ceyms Uorlik və Fransadan Pierre Andrieundur.

18:46 2.4.2016

«Son 20 ildə bu həcmdə itkilər olmayıb»

Rasim Musabəyov
Rasim Musabəyov

Deputat, politoloq Rasim Musabəyov deyir, baş verənlər ənənəvi atəşkəsin pozulması deyil: «Ermənilər, dedikləri kimi, cavab əməliyyatlarını davam etdirsələr, itirdikləri mövqeləri qaytarmaqdan ötrü ayrı yerlərdə hücuma başlasalar, əməliyyatları saxlamaq çətin olacaq. Hiss olunur ki, Rusiya, həmsədrlər telefon danışıqları aparır, hərbi əməliyyatların qarşısını almaq istəyirlər. Bu baş verəcək, yoxsa yox, demək çətindir». Davamı

18:54 2.4.2016

Mogherini tərəfləri atəşkəsə çağırıb

Federica Mogherini
Federica Mogherini

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik ali nümayəndəsi Federika Mogherini Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı dərin narahatlığını ifadə edib.

Bu haqda xəbəri APA yayıb.

F. Mogherini öz bəyanatlnda tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

"Cəbhə xəttində gərginliyin artması ilə bağlı xəbərlər məni olduqca narahat edir. Mən tərəfləri atəşkəsə riayət etməyə çağırıram. Tərəflər dözümlülük nümayiş etdirməli və gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməlidir. İnsan itkilərinin olması da məni olduqca məyus edir. Avropa BirliyiATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir. Ümid edirik ki, tərəflər atəşkəs rejiminə qəti şəkildə əməl edəcək və sülh danışıqlarını bərpa edəcək" -deyə bəyanatda qeyd edilir.

Davamı

XS
SM
MD
LG