Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:05

Dünya əhalisinin 30 faizi vətəndaş azadlığı olmayan ölkələrdə yaşayır. Bunlardan biri də Azərbaycandır


Bakıda etiraz aksiyası
Bakıda etiraz aksiyası

CIVICUS beynəlxalq insan haqları təşkilatı dünyanın müxtəlif ölkələrində vətəndaş azadlıqlarına dair illik reytinqi açqılayıb.

Hesabatda deyilir ki, vətəndaş məkanı dünya əhalisinin yalnız 2.1 faizi üçün tam açıqdır.

Amma dünya əhalisinin 31 faizi öz siyasi və vətəndaş mövqeyini təhlükəsiz şəkildə ifadə etməyin heç mümkün olmadığı şəraitdə yaşayır.

Bu da qeyd olunur ki, dünya boyunca vətəndaş azadlığı ildən-ilə azalır.

People Power Under Attack (Xalq Hakimiyyəti Təhlükədə) reytinqi bütün dünya ölkələrini vətəndaş cəmiyyətinin tam açıqlığından tutmuş tam qapalılığına qədər beş kateqoriyaya bölür.

Orta mövqeləri vətəndaş fəallığının müxtəlif dərəcəyə malik olduğu ölkələr tuturlar.

CIVICUS reytinqinin tərtibi zamanı söz, ifadə və sərbəst toplaşma azadlıqları, siyasi repressiyaların mümkünlüyü, jurnalistlərə hücumlar və etiraz ifadəsinin məhdudlaşdırılması kimi faktorlar nəzərə alınır.

Avropada maksimum açıqlıq reytinqinə Skandinaviya və Baltika ölkələri, Portuqaliya, Çexiya, Avstriya və İsveçrə malikdirlər.

Hüquq müdafiəçiləri prezidentə müraciət etdi
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Azərbaycanın gerçək və reytinq qonşuları

Vətəndaş azadlığı üçün tam qapalı olan ölkələrin sırasına Azərbaycan da daxildir. Azərbaycan vətəndaş cəmiyyətinin qapalılığına görə 16-cı, Rusiya isə 17-ci pillədədir.

Azərbaycanın Cənubi Qafqaz üzrə qonşuları Ermənistan (64) və Gürcüstan (62) vətəndaş azadlığı reytinqində tam açıq vətəndaş azadlığı olan ölkələrlə qonşudurlar.

Amma azadlıq reytinqi cədvəlində Azərbaycana Özbəkistan (18), Türkmənsitan (8) və Tacikistan (12) qonşudurlar.

Türkiyə 27-ci pillədədir və heç azadlığı olmayan ölkələrdən cüzi yaxşı mövqedədir.

Bundan əvvəlki illərlə müqayisədə Almaniyanın mövqeyi bir qədər zəifləyib.

Qırğızıstanda reytinqin kəskin azalması qeydə alınıb. Burada müstəqil jurnalistlərin və blogerlərin həbsləri, parlamentin Rusiyadakına bənzər “xarici agent” qanunu layihəsinə baxması nəzərə alınıb.

ABŞ və Amerika

Amerika materikində Kanada, Uruqvay və Dominika və Qrenada kimi 6 kiçik dövlət tam azad reytinqi qazanıb.

ABŞ-da vətəndaş azadlıqlarının cüzi məhdudlaşdırılması qeyd olunur. Hesabatda deyilir ki, bu, polisin nümayişləri dağıtması və jurnalistlər üçün təhlükə riskinin olması ilə bağlıdır.

Burada Kuba, Venesuela və Nikaraquada vətəndaş azadlığının tam qapalı olması qeyd edilir.

CIVICUS hesabatında bütün dünya boyunca vətəndaş azadlıqları üçün meydanın getdikcə daha çox daralması narahaqlıqla vurğulanır.

Əgər 2018-ci ildə dünya əhalisinin 26 faizi vətəndaş azadlığının olmadığı ölkələrdə yaşayırdısa, indi bu rəqəm 30.6 faizə çatıb.

Vətəndaş azadlıqlarını monitorinq edən CIVICUS qeyri-hökumət təşkilatı 1993-cü ildə yaradılıb və 175 ölkədə 8500 üzvü var.

CIVICUS Monitor "People Power Under Attack" reytinqi 2018-ci ildən aparılır.

XS
SM
MD
LG