COVID-19 pandemiyası artıq üçüncü ilə keçib. İndiyədək xəstəlikdən dünyada 6 milyondan çox insan vəfat edib.
Cons Hopkins universitetinin hesablamasına görə, martın 7-də ölü sayı 6 milyon 97 nəfər olub. Bu, İspaniyanın Barselona şəhərinin əhalisindən çoxdur.
Ölüm hallarının bir milyonu sön dörd ayda qeydə alınıb. Ölkələr hələ də virusun yüksək yoluxucu omikron ştammı ilə mübarizə aparırlar.
Təhlilçilərin fikrincə, bir çox ölkələr pandemiyadan ölümü az göstərir. Buna görə də COVID-19-dan ölüm 6 milyondan 2-4 dəfə çox ola bilər.