Türkiyə ilə Avropa Birliyi Avropaya miqrant axınının qarışısını almaq üçün razılığa gəliblər.
Razılaşmaya görə, Türkiyə suriyalı qaçqınlara yardım üçün 3 milyard avro alacaq, əvəzində sərhədlərini gücləndirəcək və qaçqınları ölkədə saxlayacaq.
Avropa Birliyi həmçinin Türkiyənin quruma üzvlük danışıqlarını canlandıracaq.
Avropa Şurasının prezidenti Donald Tusk Türkiyənin baş naziri Ahmet Davutoglu ilə Brüsseldə keçirilən mətbuat konfransında deyib ki, Türkiyənin Avropa Birliyinə üzvlük prosesi sürətləndirilməlidir və tərəflər bununla bağlı razılıq əldə edib.
Avropa Birliyinin ayırdığı vəsait də məqsəd, Türkiyədə məskunlaşan 2 milyondan çox suriyalının həyat şəraitini yaxşılaşdırmaqdır ki, onlar daha Avropaya getmək istəməsinlər.
Son aylar münaqişəli Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropaya kütləvi qaçqın axını başlayıb.
Əksəriyyəti Suriya, İraq və Əfqanıstandan olan qaçqınlar Balkan ölkələri vasitəsi ilə daha varlı Qərbi Avropa ölkələrinə keçməyə can atırlar.
İndiyədək Avropaya 700 indənb çox qaçqın keçib.