Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:41

'Manat möhkəmlənəcəksə, banklar niyə manatla kredit vermir?' [video]


Dolların ucuzlaşması bir oyundur - Ekspert danışır
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Dolların ucuzlaşması bir oyundur - ekspert danışır [video]

“Dolların ucuzlaşması bir oyundur”, “axırda kəllə-mayallaq gedəcək” – bunlar son günlər manatın kəskin bahalanmasına sosial şəbəkələrdə yazılan şərhlərdir.

Əhaliyə nəyisə izah etməyə ehtiyac yoxdur

Son bir həftədə 1 dollar təxminən 20 qəpik ucuzlaşıb. Ekspertlərin fikrincə, durum o qədər açıq-aşkardır ki, əhaliyə nəyisə izah etməyə ehtiyac yoxdur. Hər kəs əslində nə baş verdiyini çox gözəl anlayır. Məqsəd manatı ucuzlaşdırıb, əhalinin əllindəki dolları satmağa sövq etməkdir.

Buna da bax:​ 'Banklar aktiv spekulyasiyaya girişiblər'

Manatın möhkəmlənməsi ilə Beynəlxalq bankın bağlılığı

İqtisadçı Qulu İbrahimli bu ucuzlaşmanı “Beynəlxalq Bank sindromlu məzənnə rejimi” adlandırır. O düşünür ki, Azərbaycan Beynəlxalq Bankının ötən il Dövlət Neft Fondundan aldığı 1 milyard dollarlıq depoziti geri ödəmə vaxtı yaxınlaşır. May ayına kimi bank depoziti geri qaytarmalıdır:

“Manatın indi bahalaşdırılması da Azərbaycan Beynəlxalq Bankı ilə bağlı siyasətdən qaynaqlanır. Məqsəd ajiotaj yaratmaqla, vətəndaş və sahibkarları əllərindəki və hesablarındakı dollar vəsaitini kütləvi şəkildə satmağa vadar etmək və həmin valyutanı Beynəlxalq Banka yönəltməkdir”.

Borcu qaytarma müddətinin uzadılacağı ehtimal olunsa da, Neft Fondunun rəhbəri Şahmar Mövsümov mediaya müsahibəsində deyib ki, Azərbaycan Beynəlxalq Bankının belə bir müraciəti olmayıb.

Buna da bax:​ Ekspert: 'Sxem sadədir - əhali dolları satır, yığılan dollar...'

Bu gün fevralın 10-da Mərkəzi Bank Bloomberg ticarət sistemində vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə elan yerləşdirib. Yəni, 150 milyon manat borc istəyir, buna illik - 12-15 faiz ödəyəcəyini söz verir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının əməkdaşları ilə görüşündə deyib ki, Azərbaycanda maliyyə sabitliyinin təmin edilməsi üçün xüsusi proqramlar reallaşdırır.

"Sürətlə məzənnə dəyişməsi kimlərinsə marağındadır"

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, dolların ucuzlaşması sünidir və uzun çəkməyəcək. Onun fikrincə, sürətlə məzənnə dəyişməsi kimlərinsə marağındadır. İqtisadçı indiki halda manatın bahalaşmasının ölkədəki iqtisadi böhranı daha da dərinləşdirəcəyini düşünür:

Buna da bax: Banklar dolların kursunu sürətlə salır

“Manatın indiki halda bahalaşması iqtisadi siyasətin hədəflərinə, tələblərinə cavab vermir. Gedən proseslər strateji yol xəritəsinə, prezidentin və nazirlər kabinetinin qərarlarının da gerçəkləşməsinə problemlər yaradır”.

"Banklar manatın yaxında kəskin devalvasiya olacağını bilirlər"

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənovsa düşünür ki, manat həqiqətən də möhkəmlənəcəksə, banklar niyə manatla kredit vermir?

“Ən azı niyə dollar kreditlərini manata çevirmirlər, çevirəndə də faiz dərəcəsini ikiqat artırırlar? Ona görə ki, manatın yaxında kəskin devalvasiyaya məruz qalacağını bilirlər”.

Buna da bax:​ 'Əhalini əlindəki dolları satmağa sövq edirlər'

Bakı sakinlərindən soruşmuşuq ki, onlar manatın bahalaşması ilə bağlı nə fikirləşirlər. Bahalaşma təbiidir, ya hansısa oyun gedir? Cavabları özlərindən eşidək.

Bakıda dolların dəyərdən düşmə səbəbi
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

2015-ci ilin fevralında və dekabrında hökumət devalvasiyaya əl atmış, manat 2 dəfə dəyər itirmişdi. Fevralın 2-nə olan rəsmi məzənnəyə görə 1 dollar 1 manat 92 qəpiyə çatmışdı. Fevralın 3-dən məzənnə kəskin aşağı düşməyə başladı. Son bir həftədə 1 dollar təxminən 20 qəpik ucuzlaşıb.

XS
SM
MD
LG