Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 13:36

Dünya Səhiyyə Təşkilatı: Səfər qadağanı sonsuzadək uzadıla bilməz


Tedros Adhanom Ghebreyesus
Tedros Adhanom Ghebreyesus

Dünya Səhiyyə Təşkilatı (DST) iyulun 27-də bildirib ki, pandemiyaya görə beynəlxalq səfərlərə qoyulmuş qadağanlar qeyri-müəyyən müddətdə uzadıla bilməz və ölkələr virusla öz sərhədləri içərisində mübarizəni gücləndirməlidirlər.

Reuters yazır ki, koronavirus infeksiyasının sıçrayışlı yüksəlişi bir çox ölkələri səfərlərə təkrar məhdudiyyətlər qoymağa məcbur edib.

Məsələn Britaniya İspaniyadan qayıdan turistlərə karantin qoymaqla Avropada turizmin açılımını şübhə altına salıb.

İspaniya britaniyalıların ən çox səfər etdikləri turizm istiqamətidir.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, ölkələr COVID-19 pandemiyasını ram etmək üçün öz sərhədləri içində sağlamlıq tədbirlərinə - maska taxılmasına, izdihamlardan yan keçilməsinə və adamların fiziki məsafə saxlamasına diqqət yetirməlidir:

“Bu tədbirlərə əməl edildiyi yerlərdə yoluxmalar azalır, əməl olunmayan yerlərdə isə yoluxmalar artır”.

Bərbərxana olar, kitab dükanı yox? Sahibkarlar narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Sərhədləri bağlı saxlamaq qeyri-mümkündür

DST rəhbəri pandemiya ilə fərdi mübarizədə Kanada, Çin , Almaniya və Cənubi Koreyanın gördüyü işləri təqdir edib.

DST-nin təcili proqramlar idarəsinin rəhbəri Mike Ryan deyib ki, ölkələrin sərhədlərini yaxın gələcəkdə bağlı saxlaması qeyri-mümkündür.

O da qeyd edib ki, virusun üzərinə təzyiqləri artıranda epidemiya geri çəkilir.

Ryan isə pandemiya ilə mübarizədə Avstraliya və Yaponiya təcrübələrini “uğurlu” adlandırıb.

DST rəsmisinin sözlərinə görə virusun yayılması gecə klublarında, yataqxanalarda və buna bənzər yerlərdə sürətlənir.

Ryan bunu da deyib ki, tədbirlər davamlı və səmərəli olmalı, ictimaiyyət tərəfindən qəbul edilməldir.

Rəsmi bildirib ki, yoluxma yuvalarının tədqiqatını aparan hökumətləri tənqid yox, təqdir etmək lazımdır.

Ryan bəyan edib ki, çalınan həyəcan təbillərinə baxmayaraq İspaniyadakı epidemioloji vəziyyət indi pandemiyanın əvvəllərində olduğu qədər ağır deyil.

Onun sözlərinə görə “biz vurusu daha dərindən öyrəndikcə...onun icmalarımızdan çıxarılması asanlaşır”.

XS
SM
MD
LG