Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:12

S.Əsədli: “Rəsulzadənin əsərlərini Əfqan Muxtarlıya vermədilər”


Əfqan Muxtarlı məhkəməyə gətirilir. 16 iyun, 2017
Əfqan Muxtarlı məhkəməyə gətirilir. 16 iyun, 2017

“Bu gün, avqustun 12-də yenə Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan jurnalst Əfqan Muxtarlı ilə görüşmək istədik. Ancaq yenə də görüşümüzə imkan vermədilər”.

Bunu siyasi fəal, Əfqan Muxtarlının dostu Samir Əsədli bildirib. O, bir daha vurğulayıb ki, Əfqan Muxtarlının ailəsi onlara etibarnamə verib. Ancaq dəfələrlə jurnalistlə görüşə cəhd etsələr də, buna icazə verilməyib.

Samir Əsədlinin sözlərinə görə, Ə.Muxtarlı oxumaqdan ötrü Məhəmməd Əmin Rəsulzadənin əsərlərini istəyib və avqustun 12-də həmin əsərləri təcridxanaya aparıblar:

“Biz də Rəsulzadənin 3 kitabını apardıq, kitabları geri qaytarıb Əfqana vermədilər. Bu hakimiyyət mənsubları Rəsulzadədən, onun ideyalarından qorxduqları kimi kitablarından da qorxurlar”, - S.Əsədli bildirib.

S.Əsədli deyib ki, iyun ayından bu yan hər həftə onlar görüş istəyirlər, təcridxana rəhbərliyi buna imkan vermir:

Buna da bax:​ Yaxınları yenə də Əfqan Muxtarlı ilə görüşə buraxılmayıb

“Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi məktub verib ki, Ə.Muxtarlı ilə görüşə bilərik. Təcridxana rəhbərliyi buna imkan vermir”, S.Əsədli qeyd edib.

S.Əsədli xatırladıb ki, Ə.Muxtarlı ilə görüş verilməməsinə görə məhkəməyə də müraciət ediblər. Məhkəmə isə görüşə icazə verilmədiyi haqda subutları yetərli saymayaraq şikayəti qəbul etməyib.

Həmin qərardan apellyasiya şikayəti verilib.

Bakı İstintaq Təcridxanasının rəhbərliyi ilə bu mövzu ilə bağlı danışmaq mümkün olmayıb.

Məsələyə, hələlik, Penitensiar Xidmətin də münasibətini öyrənmək cəhdləri bir nəticə verməyib.

Ə.Muxtarlının vəkili Elçin Sadıqov isə bundan əvvəl demişdi ki, avqustun 3-də jurnalistin saxlanıldığı təcridxanada olub, onunla görüşüb. Təcridxana rəhbərliyi vəkilə jurnalistlə görüşə maneə yaradılmadığını bildirib.

Ancaq sonradan onun dostları görüşə icazə ala bilməyiblər.

Buna da bax: Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı oturum izni aldığı Gürcüstandan mayın 29-da müəmmalı şəkildə Azərbaycana gətirilərək həbs edilib.

Onun özü zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Ancaq jurnalist ittihamları uydurma sayır.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Buna da bax: Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir?

Əfqan Muxtarlı olayı mühacirlərin həyatında nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

XS
SM
MD
LG