Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:34

Eldar Mahmudov niyə vuruldu? [Ekspertlərin şərhi]


.

Azərbaycanın Milli Təhlükəsizlik nazirinin qəflətən işdən kənarlaşdırılmasına hələlik rəsmi bir səbəb göstərilməyib. Bu strateji posta kimin təyin olunacağı, keçmiş nazir Eldar Mahmudovun özünün gələcək taleyi ilə bağlı da rəsmi qaynaqlardan indilik bir söz deyilmir.

Oktyabrın 17-də nazir Eldar Mahmudovun işdən kənarlaşdırılması barədə xəbərdən sonra Bakıda bir neçə ekspertdən dövlət başçısının bu addımını şərh etmələrini xahiş etmişik. Onların izahlarını təqdim edirik:

Ərəstun Oruclu
Ərəstun Oruclu

Şərq-Qərb araşdırmalar Mərkəzinin rəhbəri, özü də vaxtilə bu nazirlikdə çalışmışƏrəstun Oruclu:

- İstənilən halda, bunu pozitiv addım sayıram. Çünki son 10 ildə - Eldar Mahmudovun MTN-ə rəhrərlik etdiyi dövrdə bu nazirliyin adı cəmiyyətdə, çox təəssüf ki, mənfi konteksdə hallandı. Nazirlik bir repressiya aparatı kimi, cəmiyyətdə xof, qorxu yaratmaq üçün istifadə olundu.

Bundan başqa, nazirliyin peşəkarlıq göstəriciləri də kəskin şəkildə aşağı düşdü. Bu hallar Azərbaycanın inkidi durumunda onun onurğa sütunu olan nazirliklərdən biri üçün tamamilə yol verilməzidir.

Bu baxımdan, Eldar Mahmudovun tutduğu vəzifədən kənarlaşdırılması müəyyən ümidlər yaradır ki, ola bilsin yaxın gələcəkdə bu nazirliyin özündə də islahatlar aparılar. Birmənalı olaraq onu deyə bilərəm ki, Eldar Mahmudovun əsasən polis orqanlarından gətirilib MTN-ə yerləşdirilmiş komandası kənarlaşdırılacaq. Bu zamana bağlı bir məsələdir. Amma hər halda bu illər ərzində MTN-də sırf xüsusi xidmət orqanları peşəkarlarından ibarət komandanı bərpa etmək çox çətin olacaq.

İndi Eldar Mahmudovun guya daha yüksək posta gətiriləcəyi il bağlı xəbərlər yayılır. Amma mən bunları fantaziya məhsulu hesab edirəm. Əvvəla baş nazir postuna Azərbaycanda heç bir halda iddialı şəxsi gətirməyəcəklər, Eldar Mahmudov isə kifayət qədər iddialı şəxsdir.

Digər tərəfdən baş nazir postu siyasi bir postdur və çox mühümdür. Bu posta şəxsin MTN kimi bir orqandan gətiriləmsi faktiki olaraq dövləti onun nəzarətinə vermək deməkdir. Ona görə də bu addım inandırıcı deyil. Başqa bir posta qoyulacağını da fantaziya məhsulu hesab edirəm.
Buna da bax: Kütləvi bağlanan dükanlar- [Fotolar]

Şahin Hacıyev
Şahin Hacıyev

“Turan” informasiya agentliyinin redaktoru, şərhçi Şahin Hacıyev:

- Ölkə başçısı həmişə bu qurumun işini yüksək qiymətləndirirdi, xüsusi qeyd edirdi, əgər onun başçısını işdən çıxarırsa, bu tamamilə ciddi səbəblərin olmasına işarədir. Hansı səbəb? Bunu birmənalı demək çətindir. Amma görünən odur ki, narazılıq var. Məncə, narazılığa səbəb Beynəlxalq Bankda baş verənlər də ola bilər. Nazirliyi də ittiham etmək olar ki, hara baxırdı, bank bir milyard manatı ona-buna paylayıb, sonra da geri heç nə qaytarılmadı. Səbəbin biri bu ola bilər. Başqa səbəb də mümkündür.

- Şahin bəy, o zaman səbəb nədir? Eldar Mahmudovla bağlı qərar prezidentin Astanadan qayıtmasındna sonra verildi. Belə ehtimallar da səslənir ki, milli təhlükəsizlik naziri Rusiyanın adamı olmadığına görə işdən azad edilib.
- Yox, yox, inandırıcı deyil. Mən bunu gözləyirdim. Siyasi mühiti izləyənlər dəyişikliyi hiss edirdilər, onu gözləyidilər. “Rusiyanınadamı” söhbətinə inanmıram. Rusiya ilə münasibətlər Eldar Mahmudovun vaxtında da yaxşı inkişaf edib. Ona da münasibət yaxşı idi...

- Dəyişikliyi nəyə görə gözləyirdiniz?
- Misal üçün, Ziya Məmmədov, hakimiyyətin əsas fiqurlarından idi. Ona münasibət birdən-birə gördünüz necə dəyişdi? Söhbət kimin kimin adamı olamsından getmir, söhbət odur ki, birinci şəxs sənə etibar edir, ya yox. Ziya Məmmədov məsələsində bu təxminən aydındır. Eldar Mahmudovla durum aydın deyil. Sabah ona başqa bir vəzifə də verilə bilər. Özü də kifayət qədər yüksək post verilə bilər.

- Onun baş nazir gətirilməsi haqda ehtimallar dasəslənir, sizcə, realdımı?
- Ola bilər. Kim bilir.

Buna da bax:Deputatını özün seç: VİRTUAL SƏSVERMƏ

Politoloq Zərdüşt Əlizadə:

Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya2

Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya2

Hakimiyyət səmərəli iqtisadiyyat qura bilməyib, iqtisadiyyat neft-qaz gəlirləri üzərində qurulub, indi neft ucuzlaşır, çıxış yolu axtarırlar. Komandanı dəyişməklə nəyəsə nail olmaq istəyirlər. Komandanı dəyişmək lazımdır, adamların uzun müddət vəzifədə oturması düzgün deyil. Ancaq siyasəti dəyişməsə, heç bir xeyri olmayacaq.

Prezidentin bu qərarında Rusiya faktorunun olub-olmamasına gəldikdə, 200 il bir yerdə, onun tərkib hissəsi olmuşuq. SSRİ dağılandan sonra siyasi cahillərin Rusiyadan uzaqlaşmaq, ayrılmaq, Türkiyəyə, Qərbə qovuşmaq kimi nağılları məni güldürürdü, bunları tənqid edirdim və mənə deyirdilər ki, “sən Rusiyanın adamısan”. İstədik-istəmədik, qlobal siyasi prosesləri inkar etmək olmaz.. İqlim kimi şeydi. Rusiya ilə tarixi bağlılığımız bir faktdır.

Yaxınlaşıb-uzaqlaşmamağımızı bilmirəm. Ancaq Azərbaycanın Rusiya ilə yaxın bağlarının olması siyasi və coğrafi mahiyyətindən irəli gəlir. Biz Boliviya, və ya Braziliya ilə yaxın ola bilmərik. Biz Rusiya, İran, Türkiyə ilə yaxın olmalıyıq. Gürcüstanla, bacarsaq, Ermənistanla, Orta Asiya ilə yaxın olmalıyıq.

XS
SM
MD
LG