Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:27

‘Rabitəçilər işi’ndə Eldar Mahmudovun oğlunun adı çəkilib


Anar Mahmudov
Anar Mahmudov

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yüksək vəzifələrdə işləmiş şəxslər, o cümlədən nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin rəhbəri olmuş Beytulla Hüseynov hakim önünə çıxarılıb.

Ötən ilin oktyabrında MTN ətrafında məlum olayların ardınca başlanmış "Rabitə İşi" üzrə cinayət məsuliyyətinə cəlb olunanlar təkcə indi məhkəmə qarşısına çıxarılan 11 nəfərdən ibarət deyil. Bu cinayət işi üzrə Ayaz Kərimov kimi axtarışda olanlar da var.

Buna da bax:​ Vəkil keçmiş nazirin '300 min aylıq şəxsi xərcləri' barədə əlavə məlumatlar verir

"Əli Abbasov dedi ki, MTN-in köməyinə ehtiyacımız var"

2013-cü ildə nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə "Cartburg Netvorks corp" şirkəti arasında beynəlxalq telefon trafiki mübadiləsinin təşkilinə və əməkdaşlığa dair müqavilə bağlanıb. Mərkəzin direktoru Cəlil Cəfərov istintaqa ifadəsində deyib ki, bu şirkətlə müqavilə bağlamaq göstərişi o vaxtkı nazir Əli Abbasovun özündən gəlib.

Onun sözlərinə görə, Əli Abbasov deyib ki, trafik həcminin sürətlə aşağı düşməsinin və kibercinayətkarlığın önlənməsindən ötrü MTN-in köməyinə ehtiyac var. "Cartburg" MTH-ə yaxın şirkət olduğuna görə onlarla müqavilə bağlamaq məqsədəuyğundur: "Həmin şirkətlə müqavilə bağlanmasının səbəblərindən biri də MTN-lə birgə fəaliyyət göstərib, qeyri-qanuni yollarla, "simboks" və başqa avadanlıqlar vasitəsilə ölkəyə daşınan, beynəlxalq qaydalara uyğun olmayan trafikin qarşısını almaq, həmçinin rəsmi kanallarla trafikin yönləndirilməsini təşkil etmək olub".

Buna da bax:​ Vəkil: 'Keçmiş nazir 6 milyon 836 min manat ödəyib'

Bu şirkətin MTN-lə bağlılığına gəlincə, Cəlil Cəfərov deyir ki, "Cartburg Netvorks corp"un direktoru rəsmən M.Efrosini olsa da, bu adamı görməyib və şirkət rəhbəri kimi, həmişə Ayaz Kərimovla iş görüblər. Onun sözlərinə görə, Ayaz Kərimov da keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun yaxın dostudur.

“Ayda 50 min manat maaş mənə azdır”

Yeri gəlmişkən, Cəlil Cəfərov həm də "Rabitə" voleybol klubunun rəhbəri olub. O, istintaqa ifadəsində ayda 50 min manat "paket" əməkhaqqı aldığını təsdiqləyib, ancaq rabitə sahəsində peşəkar mütəxəssis kimi, gördüyü işlərin müqabilində bu məbləğin az olduğunu da söyləyib.

XS
SM
MD
LG