Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:08

"Bu, əlil ailəsini ələ salmaqdır"


►“105 manatla dolanmaq olar?”

“İkinci qrup əliləm, 4 uşağım var, 105 manat təqaüd alıram. Pay torpağım da yoxdur. Keçən il ünvanlı sosial yardım üçün müraciət etdik. Rəis müavini bizdən təyin olunacaq ünvanlı sosial yardımın 6 aylığını istədi. Razılaşsaq da, sosial yardım təyin olunandan sonra ilk ayını ona verdik, qalanlarını yox”.

Bunu deyən Ağstafa rayon sakini Elbrus Qarayevin AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayəti rayon sosial müdafiə mərkəzindəndir. 33 yaşlı əlil ünvanlı sosial yardım üçün müraciət etdiyini, ancaq ailəsinə cəmi 33 manat məbləğində yardım ayrıldığını deyir:

– Keçən il 130 manat ünvanlı sosial yardım təyin olundu. Çünki yardımın 6 aylığını

idarənin işçiləri götürmüşdü. Bu il isə “sövdəmiz baş tutmadı”. Ona görə də 33 manat ünvanlı sosial yardım təyin olundu. Bu, bir əlil ailəsini ələ salmaqdır. Hərdən özüm-özümə sual verirəm ki, “mən niyə yaşayıram?”

– Ünvanlı sosial yardımın miqdarının azlığını nə ilə əsaslandırdılar?

– Dedilər ki, “atasının, anasının təqaüdü artıb, ona görə də bundan artıq yaza bilmərik”. Anadangəlmə dil qüsurlu əliləm. Nevrozam, əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. 105 manatla dolanmaq olar? Ayrıca ailə təsərrüfatım var. Atanın, ananın aldığı təqaüdün ailəmə nə dəxli var? Əlbəttə ki, bəhanə edirlər.

Rayon Sosial Müdafiə Mərkəzində isə iddiaları və ittihamları əsassız hesab edirlər.

Mərkəzdən bildiriblər ki, ünvanlı sosial yardım ailə üzvlərinin gəlirləri əsasında hesablanır. Hər bir ailə üzvü üçün illik ehtiyac meyarı nəzərdə tutulur. Ehtiyac meyarı ümumilikdə hesablanır, ailənin gəliri ailə üzvləri arasında bölünür, ehtiyac meyarından neçə manat az qalırsa, o hissə ünvanlı sosial yardım kimi ailəyə verilir. Elbrus Qarayevin ailə tərkibi haqqında təqdim etdiyi arayışda atası, anası, onların da gəlirləri göstərilib.

Buna da bax: Pənah Hüseyn deyir 7 qohumu həbs edilə bilər

Elbrus Qarayevsə iddia edir ki, valideynlərinin gəlirlərinin ona aidiyyəti yoxdur. Mərkəzdənsə bildiriblər ki, bilavasitə aidiyyəti var. Çünki ünvanlı sosial yardım üçün müraciət edənin yaşadığı ünvan üzrə verilir. Hesablama aparılarkən ünvanda yaşayan hər bir kəsin gəlirləri nəzərə alınır. Qısası, təsərrüfatdan ayrılmanın məsələyə aidiyyəti yoxdur.

Elbrus Qarayevsə 105 manat təqaüd və üstəgəl 33 manat ünvanlı sosial yardımla “ailə yükünü necə daşımalı” sualına cavab axtarır.

XS
SM
MD
LG