Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:06

Emin Millinin qaynına 3 il şərti cəza verildi


Nazim Ağabəyov
Nazim Ağabəyov

-

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov 3 il azadlıqdan məhrum edildi və cəza şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxıldı. CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham 234.1-ci maddəyə tövsif edildi. Məhkəmə N.Ağabəyovun narkotik vasitəni satış məqsədilə əldə etdiyinin sübuta yetirilmədiyi qənaətinə gəlib.

Bu barədə aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

Nazim Ağabəyovun vəkili Adil İsmayılov müdafiə çıxışında ona bəraət verilməsini istəyib.

Nazim Ağabəyov özü də son sözündə günahsız olduğunu bildirib: «Mən cinayətkar deyiləm. Narkotiklərin dövriyyəsi ilə də heç vaxt məşğul olmamışam. 20 ilin mütəxəssisiyəm. Evdə xəstə uşağım var, mən heç vaxt ailəmi qoyub narkotiklə məşğul olmaram. Mən nə spirtli içki içirəm, nə siqaret çəkirəm. Ekspertizadan keçəndə də gördülər ki, qanım təmizdir. Həbsimin səbəbi Emin Millinin qohumu olmağımdır. Amma demək istəyirəm ki, mən heç vaxt müxalifətçi olmamışam, hökuməti, prezidenti dəstəkləmişəm. İşləyib vergi vermişəm, normal adi vətəndaş olmuşam. Hökumətdən də heç bir narazılığım yoxdur».

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilmişdi. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülmüşdü. Ötən prosesdə ona 7 il cəza istənilmişdi. Bir neçə gün öncə isə mediada atası, xalq rəssamı Mais Ağabəyovun prezidentə müraciəti yayılıb. O, kürəkəninin dövlət əleyhinə təbliğat apardığını bildirib.

Meydan TV hakimiyyətlə bağlı sərt yazıları, reportajları ilə fərqlənir.

XS
SM
MD
LG