Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Ərdoğan AES məsələsini Putinlə müzakirə edəcək


(Soldan sağa) Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski, Antonio Quterreş
(Soldan sağa) Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski, Antonio Quterreş

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiyanın nəzarətində olan Zaporojye AES-in məsələsini rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edəcəyini deyir. Ərdoğan bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra bildirib.

Avqustun 19-da Ukraynadan Türkiyəyə qayıdarkən jurnalistlərə danışan Ərdoğan Avropanın ən böyük nüvə zavodu olan Zaporojye stansiyası ətrafındakı durumu “dünyaya təhdid” adlandırıb.

Ərdoğanın sözlərinə görə, Zelenski bir gün öncə Ukraynanın qərbi Lvov şəhərində danışıqlarda deyib ki, Rusiyanın AES ətrafında ərazini minalardan təmizləməsini istəyir.

Qarşılıqlı ittihamlar

“Bu məsələni cənab Putinlə müzakirə edəcəyik, Rusiyanın dünyada sülh yönündə vacib addım kimi bunu etməsini istəyəcəyik. Rusiya bunu etməlidir. Ukraynanın Zaporojyedə texniki işçiləri və hərbi qüvvələri var. Onlar orada texniki işçilər və əsgərlərlə təhlükəsizliyi təmin edə bilərlər”, – Ərdoğan söyləyib.

Türkiyə prezidenti bir gün öncə xəbərdarlıq edib ki, “başqa bir Çernobıl istəmirik”.

Ukraynanın Energoatom nüvə şirkəti avqustun 19-da Rusiya qüvvələrini stansiyada enerji bloklarını söndürməyi, onları Ukraynanın enerji şəbəkəsindən ayırmağı planlaşdırmaqda suçlayıb.

Məlumata görə, bu, Moskvanın planlaşdırdığı “irimiqyaslı provokasiya”nın tərkib hissəsidir. Moskva isə Kiyevi ərazidə “provokasiya” hazırlığında ittiham edir.

Zelenski missiyaya etiraz etmir

Zelenski avqustun 18-də Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşlə danışıqlardan sonra deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Zaporojye AES-ə missiya göndərməsinə razıdır.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü isə zavod ətrafındakı zonanı demilitarizasiya etmək planını “qəbuledilməz” adlandırıb, bu halda zavodun hücumlara qarşı daha zəif duruma düşəcəyini deyib.

Rusiya stansiyada hərbçilərinin olmasını danmır, ancaq ərazini atəşə tutması iddialarını qəbul etmir. Moskva Ukrayna qüvvələrini əraziyə artilleriya mərmiləri atmaqda suçlayır, Kiyev isə bunu təkzib edir.

XS
SM
MD
LG