Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:41

İlham Əliyevin səfərini Yerevanda belə şərh edirlər


Azərbaycan və İran prezidentləri Bakıda, 2014
Azərbaycan və İran prezidentləri Bakıda, 2014

►"Azərbaycan İranı tranzit ölkə kimi Ermənistanı yox, məhz onu seçməyə inandırmağa çalışır"

Erməni politoloqu Qarik Keryan deyib ki, Qərbin təzyiqilə üzləşən Azərbaycan indi İran vasitəsilə bu təcriddən qurtulmağa çalışır.

O, "Armenpress" agentliyinə verdiyi müsahibədə deyib ki, İranın üzərindən sanksiyaların götürülməsi "İranın təkcə Avropa dövlətləri ilə bağları bərpa etməsinə yox, həm də iqtisadi cəhətdən Cənubi Qafqaza girməsinə imkan yaradıb".

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan İranla ikitərəfli əməkdaşlıqda maraqlıdır.

Qarik Keryan qeyd edib ki, bu, "Ermənistanın blokadası"nın nəticələrini azaltmasına yol açır.

"Rusiya-İran münasibətləri təbii olaraq inkişaf etdiyinə görə, Ermənistan da Avrasiya İttifaqının üzvü olaraq İranı Avrasiya İqtisadi Birliyi ilə əlaqələndirməklə bağlı bəzi vəzifələri öz üzərinə götürə bilər. Bundn başqa Ermənistan həmişə İranla münasibətləri inkişaf etdirməklə enerji tranziti üçün yol olmağa can atıb. İranın Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutması faktı və bütün bunlar Ermənistan-İran münasibətlərinin inkişafı üçün yaxşı şərait və maraq yaradır," - deyə politoloq bildirib.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Qarik Keryan deyib ki, demokratiyanın zəruri səviyyəsini təmin etməyə qadir olmadığına və ölkədə Avropa təsisatlarını qadağan etdiyinə görə Qərbin tənqidi və təzyiqi ilə üzləşən Azərbaycan bu təcriddən yan keçməyə çalışır.

Jurnalistin "Əliyevin səfərinin məqsədi Ermənistanın tranzit ölkə olmaq cəhdlərinə maneçilik törətmək ola bilərmi" sualına politoloq belə cavab verib:

"Bu mərhələdə Azərbaycan İranı tranzit ölkə kimi Ermənistanı yox, məhz onu seçməyə inandırmağa çalışır. Düşünürəm ki, İran fərqli bazarlara çıxmaq üçün hər iki istiqamətə üstünlük verəcək."

Buna da bax: Kadırov karikaturalarda

XS
SM
MD
LG