-
Xaçmaz şəhərində fəaliyyət göstərən ticarət obyektlərində, pərakəndə satış mağazalarında və şəhər ərazisində yerləşən bazarda reyd keçirilib.
APA-nın məlumatına görə, reyd zamanı sahibkarlara ərzaq məhsullarının qiymətlərinin qanuna müvafiq qaydada tənzimlənməsinə riayət olunması, süni qiymət artımına, sui-istifadə hallarına yol verilməməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Reydlər mütəmadi davam etdiriləcək.