Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:02

‘Balaca avtokratik Azərbaycan’ böyük Avropanı necə əyə bilib?


Avropa Stabillik Təşəbbüsü (European Stability Initiative) dekabrın 17-də “Kürü diplomatiyası: Avropa bataqlığı” adlı təhqiqatın ikinci hissəsini açıqlayıb.

Bu təhqiqatda Azərbaycan Parlamentinin deputatları və yüksək vəzifəli Avropa rəsmilərinin cəlb olunduğu korrupsiya mexanizmlərindən söz açılır.

“Son illərdə Qafqazdakı balaca avtokratiya olan Azərbaycanın liderləri göstərdilər ki, insan haqlarının əsas standartlarını sarsıtmaq, bir vaxtlar iftixarı olan bir təsisatı (AŞPA) öz iradəsinə uyğun əymək nə qədər də asanmış” – deyilir hesabatda.

Hesabatda qeyd olunur ki, bütün bu prosesin mərkəzi fiquru AŞPA üzvü Elxan Süleymanov olub.

Elxan Süleymanov
Elxan Süleymanov

2013-cü ilin 23 yanvarında AŞPA-da keçirilmiş səsvermətəkcə siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasseri yox, Azərbaycanla işləyən hüquq müdafiəçilərini, vətəndaş cəmiyyəti fəallarını da sarsıtmışdı.

O vaxt bunun baş verə biləcəyini təsəvvür etmək çətin idi, hərçənd bir sıra tənqidçilər hadisənin arxasında kirli oyunların, maxinasiya və korrupsiyanın ola biləcəyini yazırdılar.

Ştrasserin Azərbaycandakı siyasi məhbuslar barədə çox kəskin qətnaməsi 125 əleyhinə və 79 leyhinə səs nisbəti ilə rədd edilmişdi.

Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti bu səsvermədə “misilsiz bir şəkildə qalib gəlmişdi”.

Bu səsveermə həm də onda iştirak edən AŞPA üzvlərinin sayına görə bu təsisatın tarixində ən misilsizi idi.

Bu səsvermədə yüksək davamiyyətin səfərbər edilməsi isə tamamilə heyrətamiz korrupsiya kombinasiyalarının kulminasiyası olmuşdu.

Hesabatda deyilir ki, hələ 2012-ci ilin 25 mayında AŞPA-dakı Avropa Xalq Partiyası qrupunun katibi Denise O’Hara korrupsiya iddiaları ilə bağlıhəmin qrupun başçısı, İtaliya xristian-demokratı Luca Volonte-yə yazırdı ki, “bu Azərbaycan lobbisi lap ağını çıxardıb”.

Lakin Volonte-nin reaksiyası təəccüb doğuracaq qədər sakit idi. O cavabında yazırdı ki, Azərbaycana qarşı korrupsiya iddiaları Rusiyanın qaz maraqları və erməni lobbisinin təxribatı ilə bağlı ola bilər.

Luca Volonte
Luca Volonte

O yazırdı ki, ortalıqda korrupsiya barədə konkret fakt yoxdur. Və bunu Volonte-dən yaxşı heç kim bilə bilməzdi.

Hesabatda qeyd olunur ki, əslində Volonte təəccüblənməmişdi, çünki Azərbaycana müftə səfərdən yenicə qayıtmışdı.

Orada o, AŞPA üzrə həmkarı Elxan Süleymanov və hesabatda Süleymanovun “konvertdaşıyanı” kimi təqdim olunan Müslim Məmmədovla görüşmüş və Azərbaycanın imicini qaldırmaq yollarını müzakirə etmişdi.

Volonte-nin bu yaxılarda İtaliya prokurorluğunun diqqət mərkəzinə gəlməsi ilə onun Azərbaycana və azərbaycanlı həmkarlarına “dostluq və məhəbbətinin” mahiyyətinə müəyyən aydınlıq gəlib.

2014-cü il, iyunun 27-də Milan prokurorluğu Luca Volonte-nin LGV firmasının hesablarına daxil olmuş iki tranşla – 220 min avro və 180 min avro köçürmələrindən şübhələnib…və kələfin ucu beləcə açılmağa başlayıb.

Volonte istintaq zamanı Azərbaycandan onun müxtəlif hesablarına üst-üstə 3 milyon avro köçürüldüyünü etiraf edib.

Onun ifadələrindən aydın olur ki, bu pulların bir hissəsi AŞPA səsvermələrində deputatların ələ alınmasına, Azərbaycanda siyasi məhbusların ziyanına və Azərbaycan rejiminin xeyrinə qətnamələrin qəbul olunmasına sərf olunub.

Hesabatda Elxan Süleymanovla Volonte arasında “əbədi dostluğun” şəninə deyilən bir xeyli təriflər, Volonte-nin Azərbaycan rəsmilərindən “diqqət” tələb edən “nəzakətli” və “dəymədüşər” elektron məktubları açıqlanıb.

Volonte istintaq zamanı bir sıra AŞPA üzvlərinin adlarını çəkib.

Hesabatda “çirkli oyunlara cəlb edilmiş və Avropada məsuliyyətə cəlb oluna biləcək bir sıra Azərbaycan deputatlarının” adları göstərilir.

Luca Volonte
Luca Volonte

Hesabatda Azərbaycan rejimini təmizə çıxaran və insan haqlarının əzilməsinə haqq qazandıran sənədlərin qəbulundəhazırki AŞPA sədri Pedro Aqramuntun da rolundan bəhs edilir.

Hesabatdan belə bir nəticə hasil olur ki, kələfin ucu yenicə açılmağa başlayıb və qarşıdan gələn aylarda “balaca avtokrat Azərbaycanın” böyük Avropanı necə “ram etməsinin” yeni-yeni təfərrüatları üzə çıxacaq.

Azərbaycan hakimiyyəti bu hesabatdakı iddialarla bağlı hələlik heç bir şərh verməyib.

Lakin Avropa Stabillik Təşəbbüsüün üç il əvvəl dərc olunmuş “Kürü diplomatiyası” hesabatı ilə bağlı açıqlama verən rəsmi Bakı korrupsiya iddialarının əsassız olduğunu bildirmişdi.

XS
SM
MD
LG