Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Prezident Administrasiyası önündə etiraz


►İki saat gözlədilər

Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsilə əlaqədar həbs olunmuş şəxslərin yaxınları fevralın 11-də Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər.

Onlar Azərbaycan bayrağını qaldıraraq, övladlarının işinə obyektiv baxılmasını, ədalətli qərar çıxarılmasını tələb ediblər.

“MƏKTUBU POÇTA ATIB GƏLDİK”

Ətrafdakı polislər dərhal müdaxilə edərək aksiyanın qarşısını alıblar.

Narazı valideynlər Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovla görüşmək istədiklərini bildiriblər.

Bundan sonra bu iş üzrə həbs olunan beş nəfərin hərəsinin bir valideyni Prezident Administrasiyasının qəbul şöbəsinə buraxılıb. Valideynlər iki saatdan artıq orada gözləsələr də, kimsə ilə görüşə bilməyiblər.

Bu iş üzrə həbsdə olanlardan Kənan Mədətovun anasi İlhamə Mədətova bildirib ki, yalnız şikayət məktubunu qəbul şöbəsindəki poçt qutusuna atmağa imkan yaradılıb:

"Əvvəlcə bizə ümid verdilər ki, kimsə qəbul edəcək. İki saat yarım gözlədikdən sonra dedilər ki, “Fuad Ələsgərovun qəbul günü ayın 1-di, həmin gün gəlin”. Məktubu orada poçta atıb gəldik".

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“HƏR KƏSƏ ƏMƏLİNƏ UYĞUN CƏZA VERİLSİN”

Rasim Əliyev xəstəxanada
Rasim Əliyev xəstəxanada

Valideynlər deyir ki, Rasim Əliyevin ölümünə görə, ən azı, həbs olunanlar qədər həkimlər də məsuliyyət daşıyır.

"Amma, nədənsə, onları məsuliyyətdən kənarda saxlayırlar. Daha doğrusu, həkimlərin məsuliyyətini də bizim uşaqlarımızın üzərinə yıxırlar. Biz iddia eləmirik ki, uşaqlarımız tamamilə günahsızdır, buraxılsın. Bizim istədiyimiz odur ki, hər kəsə öz əməlinə uyğun cəza verilsin. Adam öz ayağı ilə xəstəxanaya gedib, orada gecəyə qədər danışıb, müsahibə verib. Niyə ölümlə nəticələnən problemi həkimlər vaxtında aşkarlamayıb, tədbir görməyib? Həkimlərin məsuliyyətsizliyi olmasaydı, Rasim Əliyev də dünyasını dəyişməzdi", - deyə İlhamə Mədətova bildirib.

Jurnalist Rasim Əliyev Facebook-da futbolçu Cavid Hüseynov barədə şərh yazandan sonra, avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və avqustun 9-da səhərə yaxın xəstəxanada dünyasını dəyişib.

Bununla əlaqədar altı nəfər həbs olunub. 5 nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Cavid Hüseynov isə yalnız CM-nin 307.1 (ağır cinayətin hazırlanması və ya törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Jurnalistin ölümüylə bağlı məhkəmədə qalmaqal düşüb
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG