Hər gün 100 milyondan artıq istifadəçi Facebook «event»ləri sayəsində müxtəlif tədbirlərdən xəbər tutur.
Facebook təbirlərə xüsusi marağı olanlardan ötrü yeni «Events» adlı mobil proqramını tanıdıb.
Proqram istifadəçilərin müxtəlif toplantılardan, seminarlardan, festivallardan və digər tədbirlərdən daha sürətli və asan xəbər tutmaları üçün hazırlanıb.
«Events»i açanda, dostlarınızı maraqlandıran, bəyəndiyiniz səhifələrin yaratdıqları tədbirləri görəcək, artıq qoşulduğunuz tədbirlərin yeniliklərini izləyə biləcəksiniz.
İNTERAKTİV XƏRİTƏ
İstifadəçilər zamanlarına, yerlərə, maraqlarına uyğun tədbirlərə qoşula biləcəklər. «Event»lərin yerini interaktiv xəritəylə daha asan tapmaq olacaq.
Qarşıdan gələn bütün tədbirləri yadda saxlamağa proqramda təqvim də var. Təqvimə baxıb hansı tarixdə, hansı tədbirə qatılacağınızı xatırlaya bilərsiniz.
Proqramı yükləmək istəməyənlər əvvəlki qaydada tədbirlərdən sosial şəbəkənin özündə xəbər tuta bilərlər.
«Events» hazırda ABŞ-da iOS istifadəçiləri üçün əlçatandır.
Tezliklə proqramın digər ölkələrdə və Android platformasında da istifadəyə veriləcəyi bildirilir.