Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Fəhlələr «Şimal ES» MMC-dən maaşlarını tələb edir


Maaşlarını ala bilməyən fəhlələr.
Maaşlarını ala bilməyən fəhlələr.

-

«Fəhlə, mühəndis, iş icraçısı, sürücü... Yanvar- aprel aylarının maaşlarını vermirlər. Qarşımıza bir-iki sahə rəisini çıxarırlar, onlar da boş vədlər verib bizi yola salırlar. Hər gün toplaşırıq, tələblərimizi səsləndirib dağılışırıq».

Azərbaycanda baş verənləri izləmək üçün - Abunə ol, izlə

Mayın 18-də Şüvəlan qəsəbəsində yerləşən «Şimal-2» Elektrik Stansiyasının tikintisini həyata keçirən, azı, 100 fəhlə maaş tələbi ilə elə Şüvəlanda yerləşən «Şimal ES» MMC-nin qarşısına toplaşıblar. Fəhlələr AzadlıqRadiosunun «Qaynar xətt»inə danışırlar ki, bu ilin əvvəlinədək şirkətdən maaşlarını dişləri-dırnaqları ilə qopara bilirlərmiş. İndi kara nə diş gəlir, nə dırnaq. Fəhlələr 5 aydır ki, pulsuz-parasız işləyirlər.

«2 MİN MANATDAN ÇOX ALACAĞIM VAR»

Nicat Niftalızadə:

– Mən özüm bu şirkətdə mühəndis işləyirəm. Bunlar keçən ildən başımıza bu oyunu gətirirlər. Keçən ilin mayından yığılan maaşlarımızı ilin sonunda beləcə orda-burda toplaşmaqla zorla aldıq. Yanvardan bu günədək isə havayı işləyirik. May yarı olub, biz yanvar-aprel aylarının maaşlarını almamışıq

– Şəxsən Sizin nə qədər maaşınız yığılıb?

– Bu dəqiqə şirkətdən 2 min manatdan çox alacağım var. Kimin adamı var, 1000-1500 alır, bizim kimilər isə 400-500 manata işləyir. Şəxsən mənim maaşım 550 manatdır».

«HƏLƏ NÜÇƏ GÜN QIŞQIRMALIYIQ?»

Əli adlı sürücü:

«Evimdə xəstə anam, əməliyyatdan çıxmış azyaşlı balam var. Nə qədər pulsuz işləyərlər? Hər gün toplaşırıq bura, bir adam çıxıb konkret söz demir. Dövlətin sifarişi ilə görülən işdir. Hanı dövlətin təminatı? Bilmirik, hələ neçə gün bura toplaşmalıyıq, qışqırmalıyıq ki, kimsə içəridən çıxıb səsimizə səs versin. Şəxsən mən pulumu almayana qədər burdan tərpənən deyiləm».

Fəhlələrin deməsinə görə, naəlac qalıb Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin «qaynar xətt»inə zəng vurublar. Saat 12 radələrində idarənin əməkdaşları onların toplaşdıqları yerə gəliblər.

«MAAŞLAR TEZLİKLƏ TAM ÖDƏNİLƏCƏK»

«Şimal ES» MMC-dən «Qaynar xətt»ə bildirilib ki, fəhlələri qəbul edərək onlarla danışıqlar aparıblar. Fəhlələrə tezliklə maaşlarının tam ödəniləcəyi bildirilib.

2011-ci il sentyabrın 21-də prezident İlham Əliyev Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən «Şimal» Elektrik Stansiyasının 409 meqavat gücündə ikinci buxar-qaz enerji qurğusunun təməlqoyma mərasimində iştirak edib.

«Şimal-2» Elektrik Stansiyasının tikinti layihəsini Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı maliyyələşdirib. Layihənin 2013-cü ildə yekunlaşması nəzərdə tutulsa da, tikinti işləri hələ başa çatmayıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG