Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:39

Jurnalistin xanımı Ramil Usubova müraciət etdi


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

«Həyat yoldaşımı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi şərləyərək həbs etdikdən bizim ailəmizə rahatlıq yoxdur. Müxtəlif yollarla iki körpə övladım və mən təhdid altında yaşayırıq».

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nösrətinin daxili işlər naziri Ramil Usubova müraciətində belə deyilir.

Jurnalistin həyat yoldaşı nazirə sual edir: «Tutaq ki, həyat yoldaşım Fikrət Fərəməzoğlu hansısa cinayəti törədib. Bəs mənim və iki körpəmin təhdid olunması hansı qanuna və məntiqə sığır?..».

F.Nösrəti oktyabrın 15-də ailəsinin yenidən təhdid olunduğunu müraciətində qeyd edib: «Oktyabrın 15-də gecə saat 01:43 radələrində yaşadığımız mənzilə naməlum şəxs(lər) girmək istəyirdi. Mən hay-həşir salaraq, DİN-in 102 Xidmətinə zəng etdim və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verdim. Onlar da hadisə yerinə gəlib baxış keçirdilər».

Jurnalistin həyat yoldaşı qeyd edir ki, yaşadıqları binanın ətrafında 20-dən çox güvənlik kamerası var. «Gecə 01:43 elə bir vaxtdır ki, binaya giriş az olur və bizi təhdid edənlərin kim olduğunu asanlıqla tapmaq olar»,- deyən F.Nösrəti nazirdən təhdid olunmalarının araşdırılmasını xahiş edib.

F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda onun rüşvət alarkən saxlandığı bildirilir. Ancaq F.Fərəməzoğlu ittihamları qəbul etmir.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

XS
SM
MD
LG