Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:46

Finlandiya rusiyalılara turist vizalarının verilməsini kəskin azaldır


Ukraynanın ilhaq olunmuş Krım vilayəti
Ukraynanın ilhaq olunmuş Krım vilayəti

Sentyabrın 1-dən rusiyalıların verilən turist vizalarının sayı indiki həcmin 10 faizinə salınacaq

Finlandiya rusiyalılara turist vizalarının verilməsini 90 faiz azaldacağını bildirib. Səbəb Kremlin Ukraynada apardığı müharibədən narazılığın artmasıdır.

Qərarı avqustun 16-da Xarici işlər naziri Pekka Haavisto açıqlayıb. Finlandiya Rusiyanın Ukraynaya davam edən təcavüzünə cavab olaraq artıq bir neçə addım atıb.

Helsinkidə jurnalistlərə danışan Haavisto deyib ki, sentyabrın 1-dən rusiyalıların verilən turist vizalarının indiki həcmin 10 faizinə salınacaq.

Digər viza növlərinə üstünlük veriləcək

“Turist vizalarının verilməsi tamamilə dayandırılmayacaq, ancaq sayı əhəmiyyətli dərəcədə azaldılacaq”, – o vurğulayıb.

“Bu o deməkdir ki, digər viza növlərinə – qohumlara ziyarət, ailə kontaktları, iş və təhsilə üstünlük və daha çox vaxt veriləcək”, – nazir bildirib.

Yle ictimai televiziyasının məlumatına görə, hazırda Finlandiya günə rusiyalıların minədək viza müraciətinə baxır.

Nazirin sözlərinə görə, Finlandiya spesifik humanitar viza kateqoriyası da təsis edəcək. Məqsəd jurnalistlərə və QHT işçilərinə köməkdir.

Avropa İttifaqının (Aİ) getdikcə daha çox üzvü müharibəyə cavab olaraq rusiyalılara turist vizalarının verilməsini ya məhdudlaşdırmağa, ya da tamamilə qadağan etməyə çağırıblar.

Aİ-dən çağırışlar

Aİ-nin ən böyük üzvləri, o cümlədən Almaniya bu ideyaya qarşı çıxıb. Blokun rotasiyalı prezidenti Çex Respublikası isə məsələni müzakirəyə çıxarmağı vəd edib.

Onillər boyunca neytral, heç bir bloka qoşulmayan hərbi statusunu saxlayan Finlandiya fevralın 24-də işğal başlayandan sonra NATO üzvlüyü üçün müraciət edib. Ölkədə ictimai fikir bir neçə ayın içində alyansa qoşulmağın xeyrinə dəyişib.

İsveç də alyansa qoşulmaq istəyir. Hazırda NATO-nun 30 üzvündən 20-si bu iki ölkənin üzvlüyünü təsdiqləyib.

“Rusiya Ukraynada adamları öldürdüyü bir vaxtda Rusiya vətəndaşlarının turist kimi Avropaya, Şengen ərazisinə daxil olması düzgün deyil. Bu yanlışdır”, – Baş nazir Sanna Marin avqustun 15-də deyib.

XS
SM
MD
LG