Formula 1 yarışlarına ayrılan vəsaiti hara sərf etmək olardı?
Cəmi 5 aydan sonra dünyanın diqqəti Bakıda olacaq. Amma cəmi 1 günlük. Bəs, bir gün üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait xərcləməyə dəyərmi? İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycan indiki böhranda Formula 1 yarışlarını keçirməkdən imtina etməsi daha ağlabatan olardı.