►“Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trump-ın mühacirlərə baxışı xristianlığa yaddır”.
Bunu Roma Papası Francis Meksikadan Romaya dönərkən, Trumpın prezident olacağı halda ABŞ-la Meksika arasında sədd çəkmək istəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Papa fevralın 18-də deyib ki, körpü yox, yalnız sədd çəkmək haqqında düşünən insana xristian demək olmaz.
Trump isə papanın dediklərinə cavab olaraq deyib ki, dini liderin insanın inamını şübhə altında qoyması rüsvayçılıqdır.
O deyib ki, əgər “İslam Dövləri” qrupu Vatikana hücum etsəydi, onda "Papa Trump-ın prezident olmasını istərdi".
Buna da bax...
___________________________________________________________
Bunlara da bax:
____________________________________________________________