İsveçrəli-prussiyalı aristokrat olan Dübua Rusiya İmperiyasının cənub sərhədlərini araşdırıb oraların şəklini çəkmək üçün çar I Nikolayın xeyir-duasını almışdı
Fransız ixtiraçısı Lui Dagerin (Louis Daguerre) Parisdə fotoqrafiyanın əsasını qoymasından bir neçə il öncə, 1831-ci ildə Frederik Dübua (Frederic Dubois) adlı gənc rəssam və tədqiqatçı maraqlı missiya ilə Qafqaza gəlib.
İsveçrəli-prussiyalı aristokrat olan Dübua Rusiya İmperiyasının cənub sərhədlərini araşdırıb oraların şəklini çəkmək üçün çar I Nikolayın xeyir-duasını almışdı. Söhbət bugünkü Azərbaycan, Ermənistan və Gürcüstan ərazilərindən gedir.
Dübuanın həyatı haqqında az şey məlumdur. Ancaq o bəzən casus adlandırıldığı Qafqaza səyahətdən 11 cildlik səyahətnamə hazırlamağa kifayət edəcək qədər materialla qayıdıb. Bu materiala illüstrasiyalarla dolu olan beş nəhəng “atlas” da daxildir.
Gürcüstan Milli Parlament Kitabxanasından AzadlıqRadiosunun xəbər xidmətinə atlaslardan bir neçəsinin sürəti təqdim edilib.
Dübua 1834-cü ildə Avropaya qayıdıb. Bölgəyə dair kitabları çap olunandan sonra ona Fransa Coğrafiya Cəmiyyəti və Müqəddəs Stanislav Ordeninin qızıl medalı verilib. Ona həm də Rusiya çarı tərəfindən böyük məbləğdə pul hədiyyə edilib. O ömrünün son illərinin Avropada arxeoloji tədqiqatda keçirib. Dübua 1850-ci ildə, 50 yaşında vəfat edib.