Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:35

Rusiya Avropaya qaz verilməsini tamamilə kəsə bilər


Rusiyanın Gazprom şirkəti Avropadakı müştərilərinə bildirib ki, “ondan asılı olmayan fövəladə səbəblərə görə” qazın fasiləsiz nəqlinə zəmanət verə bilmir

Rusiyanın Gazprom şirkəti Avropadakı müştərilərinə bildirib ki, “ondan asılı olmayan fövəladə səbəblərə görə” qazın fasiləsiz nəqlinə zəmanət verə bilmir.

Bu barədə məlumatı Bloomberg və Reuters agentlikləri Gazprom şirkətinin məktubuna istinadən veriblər.

Bu da qeyd olunur ki, söhbət spesifik olaraq Rusiya qazının Şimal Axını 1 kəməri ilə Almaniyaya və onunla qonşu ölkələrə nəqlindən gedir.

Agentliklər bildirirlər ki, Gazprom-un məktubu müştərilərə 4 gün bundan əvvəl verilib, lakin iyunun 14-dən bəri olan təchizat dövrünü əhatə edir.

Energy Aspects konsaltinq şirkətinin nümayəndəsi Trevor Sikorski Bloomberg agentliyinə deyib ki, Gazprom şirkətinin məktubu keçmiş tarixlə göndərməsi onun qaz təchizatını iyulun 21-dən sonra da bərpa etməmək niyyətindən xəbər verə bilər.

Şimal Axını 1 kəmərinə plan üzrə texniki xidmət dövrü məhz həmin tarixdə başa çatmalıdır.

Almaniyada belə məktub alan ən iri şirkətlərdən biri də Uniper şirkətidir.

Uniper bildirib ki, Gazprom şirkətinin müraciətini əsassız kimi rədd edib.

Gazprom şirkətindən xəbərdarlıq məktubu Almaniyada iri elektrik istehsalçısı olan RWE şirkətinə də verilib.

Qaz şantajı

Lakin Avstriyanın OMW neft-qaz qrupu Şimal Axını 1 kəməri ilə təchizatın vaxtında bərpa olunacağını gözləyir.

Avropa İttifaqının liderləri narahatdırlar ki, Rusiya üzərindəki sanksiyaların qaldırılması üçün başqa ölkələri də qazın dayandırılması ilə şantaj edə bilər.

Gazprom şirkəti iyunun 16-dan Şimal Axını 1 kəməri ilə qazın nəqlini 60 faiz azaldıb.

Şirkət bunu sanksiyalara görə onun qaz nasos kompressorlarından birinin Kanadada ilişib qalması ilə izah edib.

Siemens şirkəti bu aqreqatı məhz Kanadada təmir edirdi.

İyulun 11-dən Şimal Axını 1 kəməri ilə qazın nəqli tamamilə dayandırılıb.

İyulun 17-də Siemens Energy təmir olunmuş kompressoru Almaniyaya göndərib.

Antirusiya fəalları buna hiddətli reaksiya veriblər.

XS
SM
MD
LG