Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:51

Müharibə veteranının dərmanpulu sərgüzəştləri


Arxiv fotosu
Arxiv fotosu

“Xaricdəki kilsələrin təmirinə pul tökməkdənsə, müharibə əlillərinin, müharibə veteranlarının müalicəsinə xərcləsinlər. Özümüzü kimə göstəririk? Onsuz da bütün dünya bilir ki, Azərbaycanda vətəndaşa, insan taleyinə önəm verilmir”.

“QARDAŞIMIN CANININ TƏKƏR QƏDƏR QİYMƏTİ YOXDUR”

Göyçay rayonu, Bığır kənd sakini, Bəhman Qafarov ikinci qrup Çernobıl əlilidir. Qarabağ müharibəsi veteranı olan qardaşı Rüfət Qafarovun ağır xəstəliyinə görə yazılmış dərman resepti nə az, nə çox – düz 2 min manat tutur. Bəhman Qafarov deyir, dərmanlar vaxtında qəbul edilməsə, ağır xəstəliyə düçar olmuş qardaşı həyatını itirə bilər. Olduqca kasıb şəraitdə yaşadığını deyən əlilin hökumətdən çarəsiz qardaşına görə dərmandan başqa istəyəcək ikinci bir şey yoxdur:

Buna da bax: 'Oğruları tutub apardım şöbəyə, dedilər sənin özünə cinayət işi açacağıq'

“Dövlət hər bir ölkə vətəndaşının sağlamlığının qarantıdır. Bunu mən öz başımdan icad etməmişəm, bunu Konstitusiyamız deyir. Qardaşıma görə diləndiyim 2 min manat Göyçaydakı məmurların sürdükləri bahalı avtomobillərin bircə təkərinin qiymətidir. Belə çıxır ki, mənim müharibə görmüş qardaşımın canının Göyçay məmurlarının sürdüyü avtomobillərinin təkəri qədər dəyəri yoxdur”, – dərman puluna görə döydüyü məmur qapılarından əliboş qayıdan Bəhman Qafarov deyir.

Buna da bax: Şəkidə hadisə: Muştuluq alıb, sonra uşağın ölü doğulduğunu deyiblər

“TAPŞIRIQ ELƏ KABİNETDƏ QALDI”

Bəhman Qafarovun əli hər yerdən üzüləndə rayonun icra hakimiyyətinin başçısının qəbuluna gedib. Başçı onu hörmətlə qarşılayıb, köməyin vacib olduğunu bildirib və işçilərinə bu ailəyə dərman puluna yardım etməyi tapşırıb. Ancaq tapşırıq elə başçının kabinetində qalıb:

“Başçıya “baş üstə” desələr də, əməl etmədilər. Tələbim qardaşımın sağalmasından ötrü dövlətin ona sahib çıxmasıdır. Niyə dövlət vətəndaşına sahib çıxmır? Dərmansızlıqdan qardaşımın həyatda qalma şansı hər gün azalır. Qəzəb keçirirəm. Dövlətə səslənirəm ki, səbir kasam daşır və atacağım addımlara cavabdeh deyiləm. Məni o dərəcəyə çatdırmayın. Gündə bir əlili özünü yandıran ölkənin başqa ölkədə kilsə, muzey təmir etməsi, sadəcə, ayıbdır. Bir vətəndaş kimi tələb edirəm ki, o pullar əlillərə, xəstələrə yönəldilsin”.

Buna da bax: Qalan ömrünü qarısıyla rahat yaşamaq istəyən veteran

“BÜDCƏDƏ BELƏ XƏRCLƏRƏ VƏSAİT YOXDUR”

Göyçay rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Bəhman Qafarov maddi yardımdan ötrü quruma müraciət edib. Ancaq ona hazırda qurumun büdcəsində belə xərclərə görə vəsait olmadığı bildirilib: “Səhiyyə Nazirliyinə müraciət etsin”, – qurum məsələyə tövsiyə xarakterli bircə cümləylə münasibət bildirib.

Bəhman Qafarovsa qardaşının müalicəsinə tələb olunan dərman puluna görə bu dəfə prezidentə və onun xanımına ağız açmaq qərarına gəlib. O, həm ilham Əliyevə, həm də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub göndərib.

XS
SM
MD
LG