Növbəti arzu
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyası, rəsmi nəticələrə görə, səslərin 54 faizini toplayıb. Müxalifət koalisiyaları seçkinin nəticələrini tanımadıqlarını və saxtalaşdırmaların olduğunu bildirib. "Gürcü arzusu"na isti münasibəti ilə seçilən Rusiyadan müsbət bəyanatlar səslənsə də, Qərb ölkələri seçkilərin pozuntularla yadda qaldığını açıqlayıb.