Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:34

Blinken Paşinyanın və Ermənistanın cəsarətindən danışıb


ABŞ dövlət katibi Entoni Blinken (sağda) və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 2-də Vaşinqtonda görüşüblər
ABŞ dövlət katibi Entoni Blinken (sağda) və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 2-də Vaşinqtonda görüşüblər

ABŞ dövlət katibi Entoni Blinken mayın 2-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla iki ölkə arasında strateji mülki nüvə əməkdaşlığı memorandumunun imzalanmasından əvvəl Yerevanla Bakı arasında dialoq məsələsinə də toxunub:

"Mən bugün, burda oturduğumuz bir vaxtda bu imkandan ilk dəfə istifadə edərək baş nazirin (Nikol Paşinyan-red) liderliyini və onun hökumətinin apardığı demokratik islahatları, əldə edilən davamlı irəliləyişi təqdir etmək istərdim. Mən habelə Ermənistan və Azərbaycan arasında dialoqu alqışlayır və baş nazirin və Ermənistanın bu prosesdə, hamımızın istədiyi məqsədə - davamlı sülhə doğru bu prosesdə mövqeyini, cəsarətini və açıqlığını yüksək dəyərləndirdiyimi ifadə etmək istəyirəm”.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-ABŞ Starteji Dialoqunda iştirak etmək üçün mayın 2-dən 6-dək Birləşmiş Ştatlarda işçi səfərdə olacaq.

Mirzoyanın bu səfər zamanı Entoni Blinkendən başqa USAID təşkilatının direktoru Samanta Pauer, ABŞ prezidentinini xüsusi köməkçisi Amanda Slout və başqa rəsmi şəxslərlə görüşləri olacaq.

Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

Bu görüşdə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar da iştirak edib.

Aİ rəsmisi bu görüş barədə özünün Twitter hesabından xəbər verib.

O bildirib ki, tərəflər arasında bu formatda ikinci görüşün keçirilməsindən məmnundur.

Bundan əvvəl Armen Qriqoryan Azatutyuna demişdi ki, onun Brüsseldə Hikmət Hacıyevlə görüşü planlaşdırılıb.

O demişdi ki, bu görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinə dair bir sıra məsələlər müzaklirə olunacaq.

Qriqoryan qeyd etmişdi ki, əgər bu görüşdə bütün məsələlərə aydınlıq gətirilsə, iki ölkə liderlərinin görüşü də keçirilə bilər.

Armen Qriqoryan və Hikmət Hacıyev arasında bundan əvvəlki görüşdən sonra, aprelin 6-da Brüsseldə İlham ƏliyevNikol Paşinyanın görüşü keçirilmişdi.

Həmin görüşdə vasitəçi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel idi.

Bu da xəbər verilir ki, mayın 13-də Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirilməlidir.

XS
SM
MD
LG