Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:13

Helikopterdən sağ çıxan hərbçilər partiya sədrinin həbsini tələb edir


VİP sədri Əli Əliyev
VİP sədri Əli Əliyev

Qaraheybət poliqonunda qəzaya uğramış, Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxan hərbçilər Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbsini tələb edir. Polkovnik Emil Cəfərov və kapitan Ramin Ədilov məhkəmədə partiya sədrinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Əliyevin onlara böhtan atdığını iddia edən hərbçilər onun 6 ay azadlıqdan məhrum olunmasını istəyirlər.

Əliyevin iddiası

Məhkəmə çəkişməsinə səbəb isə VİP sədrinin dekabrın 9-da Youtube platformasındakı "Osmanqızı" kanalında vertolyot qəzasını şərh edərkən səsləndirdiyi fikirlərdir. O bildirib ki, qəzanın necə baş verməsi haqda müsahibə verən bu iki hərbçinin hadisə vaxtı orada olduğuna inanmır. Əliyev vurğulayıb ki, belə ağır qəzadan çıxmış insanların üzündə cızıq, çapıq belə olmaması inandırıcı deyil.

Yüksək rütbəli zabitlər bir helikopterdə... ekspert bunun qadağan olunmasını tələb edir
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

"Huşunu itirmiş, 3 min metr hündürlükdən düşmüş insanın üzündə heç bir cızıq, çapıq olmaması, yalnız bazu və said sümüyünün sınması o adamın həmin vertolyotda olmasına şübhə yaradır. Vertolyotun hansı səbəbdən partlamasını və ya qəzaya uğramasını salonda olan sərnişin bilə bilməz. Yalnız pilot pozuntunun nədən başlaması, uçuşda olan problem haqda ehtimal irəli sürə bilər. Bu adamların məhz o məsələyə diqqət çəkməsi bir daha göstərir ki, onlar öyrədilib", – partiya sədri belə deyib.

İddialara bu gün baxılır

DSX-nın Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti Emil Cəfərov iddia ərizəsində göstərib ki, Əliyev onu yalan danışmaqda suçlamaqla nüfuzdan salıb: "Xidmət yoldaşlarım və yaxın dostlarımın ölümü ilə bağlı yalan məlumat verdiyimi iddia etməklə məni cəmiyyət və kollektiv arasında nüfuzdan salıb".

Hərbçilərin partiya sədrinə qarşı iddialarına Yasamal Rayon Məhkəməsində ayrı-ayrılıqda baxılacaq. Amma hər iki məhkəmə prosesi dekabrın 24-də başlayacaq.

Sözügedən helikopter qəzası noyabrın 30-da Xızı rayonu ərazisində baş verib. Qəza nəticəsində ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

XS
SM
MD
LG