Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:06

Prezident Herzoq Ərdoğanı İsrailə dəvət edib


İsrail prezidenti İshaq Herzoq (solda) və Recep Tayyip Ərdoğan (Arxiv fotosu)
İsrail prezidenti İshaq Herzoq (solda) və Recep Tayyip Ərdoğan (Arxiv fotosu)

İsrail prezidenti İshaq Herzoq yanvarın 11-də türkiyəli həmkarı Recep Tayyip Ərdoğanı öz ölkəsinə dəvət edib.

O bu bəyanatı Türkiyənin İsrailə yeni təyin olunmuş səfiri Şakir Özkan Torunların etimadnaməsinin təqdimi mərasimində verib.

Reuters yazır ki, hər iki hadisə Türkiyə və İsrail arasında münasibətlərin yaxşılaşmasından xəbər verir.

İsrail siyasətindəki rolu əsasən mərasim xarakteri daşıyan Herzoq ötən il Ankaraya səfər etmişdi.

Bu, 2008-ci ildən bəri İsrail liderinin Türkiyəyə ilk səfəri idi.

Son aylarda iki ölkə aralarında bir onillik davam etmiş diplomatik ixtilafın ardınca münabətlərinin bərpasına başlayıb.

Netanyahu yaxınlaşmanın davam edəcəyini deyib

Türkiyə və İsrail hələ avqust ayında aralarında səfir mübadiləsi barədə razılığa gəlmişdilər.

Noyabr seçkisində qalib gəlmiş yeni baş nazir Benyamin Netanyahu və prezident Erdoğan ölkələri arasında münasibətlərin bərpası prosesinin davam etdiriləcəyinə dair razılığa gəliblər.

Dekabr ayında Netanyahunun dindar-millətçi hökumətin başında hakimiyyətə qayıtması fələstinlilər, habelə Qərb və ərəb müttəfiqlər arasında narahatlıq yaratmışdı.

Türkiyə ötən həftə İsrailin yeni ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Yerusəlimdəki Əl-Əqsa məscid kompleksinə baş çəkməsini və bununla da gərginlik yaratmasını pisləmişdi.

Əl-Əqsa İslamın üçüncü, yəhudiliyin isə əsas müqəddəs ocağı hesab olunur.

XS
SM
MD
LG