►Yol polisinin yeni sistemi işə düşdü
Dövlət Yol Polisinin istifadəsində olan avtomobillərə quraşdırılmış i-patrul sistemi tam işə düşüb.
Bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Fins.az-ın xəbərinə görə, i-patrul sistemi Bakı və Gəncədə tətbiq olunur. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır.
Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.
V.Əsədov bildirib ki, i-patrul sistemi 360 dərəcədə hərəkətdə olan və dayanmış bütün nəqliyyat vasitələrini qeydə ala biləcək:
“Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Artıq gün ərzində i-patrul sistemi tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunub” - deyə DYP sözçüsü bildirib.
Mütəxəsislərin fikrincə, bundan sonra cərimə edilən avtomobillərin sayı arta bilər.
Buna da bax...
____________________________________________________________
Bunlara da bax:
____________________________________________________________