Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:00

Ekspertə görə idxalın səbəbi: 'Azərbaycanda istehsal baha başa gəlir'


Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Azərbaycan makaronu niyə özü istehsal etmir?

Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib. Bununla bağlı yanvarın 16-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Siyahıya əsasən süfrə zeytunu, suxarı, peçenyelər, konservləşdirilmiş təzə pirojnalar, makaron, əriştə, kuskus, kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir.

Siyahı xammaldan istifadə edərək qida (ərzaq) məhsuları istehsal (emalını) edən vergi ödəyicilərinə şamil olunur.

'Kimdən kimə şikayət edək?' - Yeni Rəqabət Məcəlləsi monopoliyaya son qoyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

Yeni qərarın məqsədinin yerli istehsala dəstək, idxaldan asılılığı azaltmaq və bununla qiymətlərin artmasının qarşısını almaq olduğu bildirilir.

Amma təqdim olunmuş siyahıda minimum istehlak səbətinə daxil olan bir çox ərzaqlar yoxdur. Halbuki, son 1 il ərzində ölkəyə təkcə ət idxalının kəskin artdığı bildirilir.

“Hökumətin qarşısına qoyduğu məqsədlərdən biri…”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Turan”a bildirib ki, ölkəyə idxal olunan qida məhsulları çoxluq təşkil edir: “Heç şübhəsiz ki, hökumətin qarşısına qoyduğu məqsədlərdən biri odur ki, yerli istehsalla həmin bu idxalın qarşısını alsın”.

Məzahir Əfəndiyev
Məzahir Əfəndiyev

Deputat hesab edir ki, yerli istehsalı təşviq etməklə dövlət həm yeni iş yerlərinin açılmasına nail olur, həm də dövlət büdcəsinə vergilərin toplanmasını mərkəzləşdirilmiş qaydada həyata keçirə bilir: “Eyni zamanda iqtisadi artıma əməlli töhfə verilir. Bu baxımından baş nazir tərəfindən təsdiq olunmuş o siyahı ölkədə yerli istehsalın artımına hesablanıb. Bu yanaşma öz növbəsində həm qida təhlükəsizliyi baxımından, həm də yerli istehsallı ərzaq məhsullarının öz əhalimizə çatdırılması baxımından iqtisadiyyatımıza təkan verəcək”.

“Azərbaycanda çalışılmalıdır ki, xammal daxildə istehsal olunsun”

Kənd təsərrüfatı məsələlər üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan əsas ərzaq məhsullarını istehsal edə bilmir, ölkədə istehsal lazım olan səviyyəyə çatdırılmayıb və baha başa gəlir. İqtisadçı Azərbaycanda məhsulun maya dəyərinin yüksək olmasını aşağı məhsuldarlıqda görür. Üstəlik, keyfiyyətdə problemlər Azərbaycanı idxaldan asılı vəziyyətə salır. Ekspertin fikrincə, Azərbaycanda məhsulun istehsalı ilə məşğul olanlar çox ciddi problemlərlə qarşılaşırlar:

“Onlardan biri suvarma suyudur. Bundan başqa, hökumət regionlara uyğun taxılın, kartofun, meyvə-tərəvəzlərin yeni sortların yetişdirilməsini təşkil edə bilər. Digər problem ondan ibarətdir ki, Azərbaycanda istehsal vasitələri baha başa gəlir. Çünki texnika, texniki avadanlıqlar, gübrələr, toxum materialları xaricdən idxal olunur”.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

V.Məhərrəmlinin sözlərinə görə, hökumət xaricdən buğda gətirəcək, ondan makaron istehsal edəcək və bunu daxili istehsal kimi təqdim edəcək:

“Yəni, xammal yenə xaricdən gələcək, daxildə emal ediləcək, ondan hansısa məhsul əldə ediləcək və bu daxili istehsal kimi göstəriləcək. Bunlar iş görüntüsü yaradırlar, əsaslı işlərlə məşğul olmurlar. Azərbaycanda süd istehsalını artırmaq mümkündürmü? Əlbəttə, mümkündür. Azərbaycanda çox gözəl şərait var, amma istehsal azdır, çünki onu təşkil edə bilmirlər”.

V.Məhərrəmli hesab edir ki, bu qərar effektiv olmayacaq: “Axırda görəcəyik ki, biz həmin keyfiyyəti aldıra bilmirik. Xaricdə seçim imkanı var, onlarda texnologiya daha müasirdir. Bir də var ki, bizdə bəzi istehsal olunan məhsullar. Məsələn, Azərbaycanda peçenye, konfet istehsal olunur, amma bir çoxları yenə xaricdən gələn peçenyeyə, konfetlərə üstünlük verir”.

Onun fikrincə, xammalı Azərbaycanda istehsal etməyə çalışılmalıdır. Onda yerli sahibkarlar dərhal həmin o xammaldan emal vasitəsilə daha yaxşı məhsul əldə etməyə çalışarlar.

Bu fikirlərə isə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG