Britaniya mediası silah yarmarkasına Azərbaycanın dəvət olunmasını pisləyir
“The İndependent” qəzeti yazır ki, Birləşmiş Krallıq Ticarət və İnvestisiya Departamenti nüfuzlu London Silah Yarmarkasına insan haqlarının vəziyyəti “dəhşətli olan ölkələri” dəvət edib.
Məqalədə bildirilir ki, hökumət dəvətliləri arasında Azərbaycan, Qazaxıstan, Misir və Tayland kimi ölkələrin nümayəndələri də var.“The İndependent” yazır ki, 2013-cü ildə bu sərgiyə dəvət olunmayan Azərbaycan və Misirə bu dəfə dəvətnamələr verilib.
Ermənistan Suriya ermənilərini Dağlıq Qarabağa yerləşdirir
BBC BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən bildirir ki, azı 15 min suriyalı Ermənistanda sığınacaq tapıb. Onlar Ermənistanın və Azərbaycandan işğal olunmuş Dağlıq Qarabağın ərazisində məskunlaşdırılırlar.Ətrfalı burada
Dünyanı dəyişən 11 sentyabr
Sentyabrın 11-də Nyu Yorkda on minlərlə amerikalı ABŞ-a terror hücumlarının 14-cü ildönümünü qeyd etmək üçün xatirə lövhəsinin qarşısına toplaşacaqlar.
Əvvəl Dünya Ticarət Mərkəzi olan yerdə indi xatirə sarayı və muzey tikilib. Zənglər çalınacaq, terrorda həlak olmuş 3 min nəfərin adları oxunacaq.
2001-ci il sentyabrın 11-də Al-Qaida terrorçuları dörd sərnişin təyyarəsini qaçırdı və göydələnlərə çırpdı.
Mehriban Əliyeva: "digər dinə hörmət öz dinindən başlayır"
Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfransda Azərbaycanın birinci ledisi Mehriban Əliyeva çıxış edib. O deyib: “Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür.Azərbaycan dünyəvi müsəlman ölkəsidir." "...hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir." "Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat (Heydər Əliyev Fondu- AzadlıqLive) Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir."
"Heydər Əliyev Fondu Fransada...2005-ci ildə Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib”.
Ancaq "Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib."