Prezident öz qızını baş nazirin müavini təyin etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariganı baş nazirin müavini təyin edib. 52 yaşlı Dariga 2004-cü ildən deputat idi, o həmin vaxt parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilmişdi. Ətraflı
Qətnaməyə görə Azərbaycan Avropa Komissiyasının səfərini təxirə saldı
Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan tərəfindən təxirə salınıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada səbəb kimi "Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə" göstərilir.
"Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik", - deyə açıqlamada vurğulanır
Milli Məclis növbədənkənar iclas çağırır
Azərbaycan Milli Məclisi növbədənkənar xüsusi plenar iclasını çağırır. İclas sentyabrın 14-də keçiriləcək. İclasın çağırılmasına səbəb Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qərt tənqidi qətnamədir.
Çempionun təmiz qələbəsini saymadılar (video)
ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında Azərbaycan sərbəst güləşçisi, olimpiya çempionu Toğrul Əsgərov, sportnet.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində italiyalı Frank Çamizo Markesin kürəyini yerə vurub, ancaq hakimlər bunu saymayıblar. Yekunda Toğrul Əsgərov 5:10 hesabı ilə uduzub.