Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:33

İlham Əliyev: 'Məmurlar özlərini apara bilmir...'


Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında. 12 iyul 2017
Prezident İlham Əliyev Nazirlər Kabinetinin toplantısında. 12 iyul 2017

“Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib”.

İyulun 12-də Nazirlər Kabinetinin toplantısında prezident İlham Əliyev ilin birinci yarısını bu cür xarakterizə edib.

Prezidentin qənaətincə, bu uğurların mənbəyi Azərbaycan xalqı, xalq-iqtidar birliyidir.

Buna da bax:​ İlham Əliyev Tillersonla neft, Qarabağ və demokratiyadan danışıb

“Düşünülmüş siyasətə görə...” “çox gözəl göstərici”lər

İlham Əliyev “indiki şərait üçün çox gözəl göstərici”lərdən də danışıb. Məsələn, o ilin əvvəlindən valyuta ehtiyatlarının 3 milyard artaraq 40,6 milyard dollar təşkil etdiyini bildirib və bunu “çox gözəl göstərici” adlandırıb. Və ya İlham Əliyev islahatlar nəticəsində qeyri-neft sektorunun “yüksəlişdə” olduğunu, son altı ayda 1,7 faiz artdığını deyib. O bunu “xüsusilə indiki şəraitdə çox yaxşı göstərici” sayıb. O 4,4 faiz artım qeydə alınan qeyri-neft sənayesindən danışanda da oxşar fikirdən yararlanıb: “Bu da mümkün olan ən gözəl göstəricidir”.

“Bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı”, - prezident bildirib.

Buna da bax:​ Yoxsulluq səviyyəsi ABŞ-da 11% olanda, Azərbaycanda niyə 5%-dir?

Ölkə başçısının sözlərinə görə, demək olar bütün ölkələrdə sərmayə qoyuluşu azaldığı halda Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir.

“Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar” - deyə prezident bildirib.

İş yerləri haqqında

İlham Əliyev yeni iş yerlərinin açılmasından da danışıb. Onun sözlərinə görə, bu ilin birinci yarısında Azərbaycanda 122 min yeni iş yeri açılıb ki, bunun da 101 mini daimi olub.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kubmetrdir'

Prezident hazırda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması istiqamətində iş aparıldığını, bu yaxınlarda isə məşğulluq proqramına start veriləcəyini bildirib.

Nazirlər Kabinetinin toplantısı
Nazirlər Kabinetinin toplantısı

“Danışıqlar bərpa edilir”

Ölkə başçısı çıxışında gündəmin başlıca mövzularından birinə - Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Ermənistanın həmişə danışıqları pozduğunu, təzyiq artdıqca təxribat törətdiyini qeyd edib. İlham Əliyev iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verənləri “hərbi cinayət” adlandırıb.

“Bu cinayət cavabsız qalmadı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Bu zərbələr nəticəsində bir çox işğalçı məhv edildi. Balaca Zəhranın, onun nənəsinin qanı yerdə qalmadı. Həmişə də belə olacaq”, - deyən ölkə başçısı münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların bərpa edildiyini bildirib.

Buna da bax:​ Azərbaycan əhalisi aclıq çəkən ölkələrə pul verib

“Danışıqlar bərpa edilir, bu, müsbət haldır. İndi əsas vəzifə tezliklə məsələni həll etməkdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əminəm ki, belə də olacaq. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”, - prezident vurğulayıb.

“Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur”

Nazirlər Kabinetinin toplantısında prezident ABŞ-Azərbaycan münasibətlərindən, Qarabağ münaqişəsindən, islahatlardan da danışıb. O yarımildə Azərbaycanın bir çox idman yarışlarına, beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən danışarkən 24-cü Xəzər neft-qaz sərgi və konfransının üzərində xüsusi dayanıb. Dövlət başçısı sözügedən tədbiri dünya miqyasında enerji sektorunda “seçilmiş tədbirlərdən” biri kimi dəyərləndirib və “bunun ən gözəl göstəricisi” ABŞ prezidenti Donald Trump-ın tədbirə məktub göndərməsidir deyib.

Buna da bax: Səlim Müslümov: 'İş üçün müraciətlər azalıb'

“Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, ABŞ tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur”, - İ.Əliyev vurğulayıb.

* * *

İlham Əliyev: “Dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq”

“Bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var. Bəzi hallarda investorlara kömək etmək əvəzinə problemlər yaradılır. Bunlara son qoyulmalıdır”.

O bildirib ki, ilin sonunda Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi ona hansı rayonda nə qədər özəl sərmayə cəlb olunması barədə məlumat, siyahı verməlidir.

Buna da bax: ​İlham Əliyev: «Neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik»

Dövlət başçısının sözlərinə görə, hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək.

“Mən müşavirələrin birində də demişəm ki, icra başçılarının fəaliyyətinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcəkdir. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”.

“Azərbaycanda heç kimin imtiyazı yoxdur”

Prezident dövlət məmurlarının davranış normalarına da toxunaraq ötən müşavirələrdə söylədiklərini təkrar edib: “Bir daha demək istəyirəm, hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar, həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur. Mən demişəm ki, o dövlət məmuru öz ailə üzvlərini idarə edə bilmirsə, vəzifədən çıxarılacaq və belə də oldu. Azərbaycanda xuliqanlıqla, özbaşınalıqla məşğul olanlar cəzalandırılır və cəzalandırılmalıdır. Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir, hamı nəticə çıxarsın”.

Buna da bax: 'Məmurların oğurluqlarının əvəzini bütünlükdə xalq ödəyir' - Media icmalı

XATIRLATMA

Prezident bir gün öncə - iyulun 11-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovu vəzifəsindən azad edib.

Sərəncamda bunun səbəbləri açıqlanmayıb. Ancaq iyulun 12-də Baş Prokurorluq generalın oğlu Rasim Orucovun avtoxuliqanlıq etdiyinə və marşrut avtobusunun sürücüsünə xəsarətlər yetirdiyinə görə barəsində cinayət işi başlanması, haqqında həbs qətimkan tədbirinin seçilməsi haqda məlumat yayıb.

Rüstəm Orucov bir neçə il öncə piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçıb. O 2014-cü ildə 4 il azadlıqdan məhrum edilib, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

Buna da bax: ​Mehriban Əliyeva: 'Biz çox götür-qoy etdik...'

* * *

“ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması haqda deyilənləri ciddi qəbul etmək lazım deyil”

“Məncə, ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması haqda deyilənləri ciddi qəbul etmək lazım deyil. Çünki ABŞ-ın yeni prezidentinin etmək istədikləri ilə edə biləcəkləri arasında çox ciddi fərqlər var”.

Siyasi icmalçı Rauf Mirqədirov ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının yekunları ilə bağlı iclasında çıxışını şərh edərkən belə deyir.

Buna da bax:​ 'Bunlar Azərbaycan dövlətini holdinqə çeviriblər' - Cəmil Həsənli

Rauf Mirqədirov
Rauf Mirqədirov

Əliyev ABŞ prezidentinin ona ünvanladığı məktubundan və dövlət katibi ilə görüşündən danışarkən iki ölkənin əlaqələrinin “yeni mərhələyə qədəm qoyduğunu” bildirib.

R.Mirqədirov hesab edir ki, bu açıqlama Səudiyyə Ərəbistanında keçirilmiş Ərəb-İslam-Amerika Zirvə görüşündə ABŞ prezidentinin çıxışından qaynaqlanır.

“İlham Əliyevin ABŞ prezidentiylə şəxsi münasibətlərində heç bir gərginlik yoxdur”

“Ər-Riyaddakı görüşdə ABŞ prezidenti bildirmişdi ki, onlar əməkdaşlıq istəyirlər və bu əməkdaşlıq maraqlarına cavab verəcəksə, onlar da ölkələrin daxili işlərinə qarışmayacaqlar”, - deyən siyasi şərhçi “ölkələrin daxili işlərinə qarışmamaq” tezisinə rəsmi Bakının pozitiv yanaşdığına diqqət çəkir.

R.Mirqədirov həmçinin qeyd edir ki, Azərbaycan hakimiyyətinin ABŞ-ın hazırkı və bundan öncəki administrasiyaları ilə münasibətləri fərqlidir.

Buna da bax: Keçmiş müstəntiq: “Əliyev rejiminin göstərişi yerinə yetiriləcək”

“ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə hakimiyyətin münasibətləri gərgin idi. Bu İlham Əliyevin 2009-cu ildə Türkiyədə türk-erməni münasibətlərinin normallaşdırılması ilə bağlı danışıqlara getməməsindən qaynaqlanırdı. Ancaq əvvəlki prezidentlə münasibətlərdən fərqli olaraq yeni prezidentlə şəxsi münasibətlərdə heç bir gərginlik yoxdur”, - siyasi icmalçı deyir. O güman edir ki, bəlkə də rəsmi Bakı bu amillərə görə hazırkı münasibətləri “yeni mərhələ” sayır.

Ərəb-İslam-Amerika Zirvə görüşünə Qatarın da qatıldığını, ancaq indi ciddi problemlərin yaşandığını yada salan R.Mirqədirov onu da vurğulayır ki, qeyd edilən faktorlar Bakı küləyi kimidir.

Azərbaycan-ABŞ münasibətləri yaxşılığa doğru

Ölkə başçısının çıxışını şərh edən digər ekspert Natiq Cəfərli isə Azərbaycan-ABŞ münasibətlərində “yeni mərhələ”nin başlanması fikrini qismən bölüşür: “Müəyyən mənada trendin dəyişməsini və münasibətlərin yaxşılığa doğru getdiyini söyləmək mümkündür”.

Buna da bax:​ İlham Əliyev: 'ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik'

Natiq Cəfərli
Natiq Cəfərli

Prezidentin ABŞ rəsmiləri ilə sıx təmaslarını yada salan ekspertə görə, “yeni mərhələ”ni hələlik enerji və təhlükəsizlik sektorunda müşahidə etmək olar.

“Digər sahələrdə, əsasən də demokratiya və insan haqları sahəsində də əməkdaşlıq münasibətlərinin qurulması ehtimalı var. Bu sahələrdə əməkdaşlığın artması ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirə bilərdi”, - Cəfərlinin qənaəti belədir.

Neft ucuzlaşmayıb, bahalaşıb, valyuta ehtiyatlarının çoxlaması da məhz bununla bağlıdır

Ancaq N.Cəfərli iqtisadi göstəricilərlə bağlı Nazirlər Kabinetinin iclasında səsləndirilən fikirlərlə razılaşmır. O, ilk növbədə vurğulayır ki, neft ucuzlaşmayıb, bahalaşıb, valyuta ehtiyatlarının, Mərkəzi Bankın rezervlərinin çoxalması da məhz bununla bağlıdır.

Buna da bax:​ Ramil Usubov: 'Buna cəhd edənlər qarşılarında Azərbaycan polisini görəcəklər'

“Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında neftin qiymətində 24 faizə yaxın bahalaşma olub. Mərkəzi Bankın ehtiyatları da artıb, bu da Neft Fondunun maliyyə sabitliyini qorumaq məqsədilə verdiyi ayırmalar hesabınadır. Göründüyü kimi, valyuta ehtiyatlarının artması da real iqtisadiyyatla deyil, məhz neft amili ilə bağlıdır”, - deyən ekspert yeni iş yerlərinin sayı ilə bağlı rəqəmlərin də real iqtisadiyyatdan doğmadığını qeyd edir.

“6 ayda prezidentin ehtiyat fondundan və büdcədən kiçik layihələrə müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə vəsaitlər ayrılıb. Bu əsasən yol çəkilişləri, yolların abadlaşdırılması ilə bağlı olub. Bu da müəyyən sayda iş yerlərinin yaranmasına imkan verib”, - Natiq Cəfərli hesab edir.

60-a yaxın xarici şirkət Azərbaycanı tərk edib

Azərbaycanın xarici investorlar üçün “çox cəlbedici” olması barədə ölkə başçısının söylədiklərinə, ekspert deyir ki, durum tam əksinədir.

Buna da bax:​ Birbaşa xarici investisiyalar artıb

“Ötən ilin sonu, bu ilin əvvəlində 60-a yaxın xarici şirkət Azərbaycandakı nümayəndəliklərini bağlayıblar. Bu isə investisiya şəraitinin yaxşı olmadığını isbat edir. Yarım ildə 5 milyarda yaxın investisiya qoyuluşu olub, ancaq bu, enerji sahəsi ilə bağlıdır. “Şahdəniz 2” layihəsi tamamlanmaq üzrədir, bu layihə çərçivəsində xarici investorlar əvvəl-axır öz vəsaitlərini yatırmalı idilər. Demək olar ki, investisiyaların tamı xarici investorların enerji layihələrindəki paylarının maliyyələşdirilməsi üçün qoyulub. Təəssüf ki, real sektora gələn investisiyaların həcmi çox azdır”, - N.Cəfərli bildirir.

XS
SM
MD
LG