Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:51

Maaşların indeksasiyası gözlənir?


►"Hökumətin ən azı yarım milyon şəxsin əmək haqqının artımına gedəcəyini düşünmək sadəlövhlük olardı"

Manatın xarici valyutalar qarşısında dəyər itirməsi onun alıcılıq qabiliyyətinə ciddi təsir edib. İndi ümumi bahalaşma fonunda hamı aldığı maaş və əldə etdiyi digər pul gəlirlərini 21 dekabr devalvasiyasından əvvəlki dövrlə müqayisə edərək itkilərini hesablayır.

Çoxları dövlətin onları tək buraxmayacağını, ən azından əmək haqlarının indeksasiya (inflyasiya şəraitində pul tələblərinin və müxtəlif gəlirlərin real miqdarını saxlama xüsusiyyətdir) olunacağını güman edir. Amma bu baş verəcəkmi?

Sahib Məmmədov
Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov AzadlıqRadiosuna deyib ki, Azərbaycanda əmək haqlarının inflyasiyaya uyğun artırılması təcrübəsi yalnız əmək pensiyalarına şamil olunur. Dövlət və büdcə sektorunda belə bir təcrübə yoxdur. Özəl sektora da bunu heç kəs məcbur edə bilməz.

“Amma əvvəlki illərin təcrübəsindən xatırlayırıq ki, dövlət başçısının sərəncamları ilə dövlət qulluqçularının və büdcə təkilatlarında çalışanların əmək haqları mütəmadi olaraq artırılıb. İndiki halda isə bunun baş verib-verməyəcəyini söyləmək hələ tezdir. Ləngər vuran qiymətlərin sabitləşməsindən sonra nəsə demək olar”.

Buna da bax: Rauf Mirqədirov son sözündə nələr dedi

Xalid Bağırov
Xalid Bağırov

Hüquqşünas Xalid Bağırov da bu fikirləri bölüşür. Onun fikrincə, dövlət sektorunda maaşların indeksasiyası barədə qərar hüquqi deyil, siyasi qərardır.

“Turan” İnformasiya Agentliyinin eksperti Toğrul Cuvarlı maaşların inflyasiya faizinə mütənasib artırılması haqda bəzilərinin optimizmini paylaşmır.

“Büdcə gəlirlərinin azalması və xərclərin qarşılanması üçün vəsaitlərin yetərli olacağına ciddi şübhələrin olduğu bir vaxtda hökumətin ən azı yarım milyon şəxsin əmək haqqının artımına gedəcəyini düşünmək sadəlövhlük olardı. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, hökumət maaş artımını hər zaman infylasiya yaradan amil kimi dəyərləndirib”.

Maraqlıdır ki, 10 iyul 2014-cü il tarixində Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişə görə, tərəflər “əmək haqqının inflyasiya nəzərə alınmaqla indeksləşdirilməsi barədə mülahizənin qanuna daxil edilməsi” ilə bağlı məsləhətləşmələr aparmalı idilər. Lakin il Sazişin qüvvədə olma müddəti bitdi, amma bu mövzuda danışıqlar haqda bir söhbət yoxdur.

Dünyanın hər bir yerində əmək hüquqlarını qorumaq üçün çalışan həmkarlar ittifaqları Azərbaycanda da var. AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində AzadlıqRadiosuna deyiblər ki, devalvasiya haqqında qərərdan cəmi 4 gün keçib. Hələlik konfederasiyanın maaşların artırılması haqda hökumətə tələbi ortaya qoyulmayıb. Şöbənin müdiri bildirib ki, dekabrın sonunadək belə bir mövqe ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, son devalyasiyadan sonra Azəbaycanda orta aylıq əmək haqqı Cənubi Qafqaz dövlətləri ilə müqayisədə ən aşağı səviyyəyə düşüb.

"Elman Rüstəmov pensiyaya çıxsın"
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

XS
SM
MD
LG