Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:33

İndiki prezidentin atasındanqalma təcrübə [video]


İlham Əliyev yerlibazlıq edirmi?
Gözlə

No media source currently available

0:00 0:14:36 0:00

İlham Əliyev yerlibazlıq edirmi? [video]

Azərbaycanda nepotizm - qohumbazlıq, dostbazlıq və yerlibazlıq nə dərəcədə yayılıb? Müşahidəçilər deyirlər ki, nepotizm idarəetmənin müxtəlif səviyyələrində müxtəlif cür özünü göstərir.

Nepotizm idarəetmə nə deməkdir?

Məsələn, 2008-ci ilin fevralında ABŞ dövlət departamentindən Wikiliksə sızan məlumatlarda deyilirdi ki, ölkədə bütün siyasi və iqtisadi hakimiyyət iki qrupun Ermənistandan gələn qaçqınların və Mehriban Əliyevanın ailəsinin əlində toplaşıb.

Buna da bax:​ Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi

2015-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika təşkilatı üzə çıxarmışdı ki, prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank ölkə bank sektorunun təqribən 20 faizini əhatə edir.

Bu məlumatı Prezident Administrasiyası təkzib etməyib.

Dövlət başçısına yaxın qrupların büdcə vəsaitlərindən yararlanması barədə başqa araşdırmalar da olub.

Buna da bax: 'Neftçi'də gizli ödənişlər, qohumbazlıq ittihamları yağır

Dövlət başçısına yaxın qruplar

1993-cü ildə AXC Müsavat hakimiyyəti vaxtı baş nazir olmuş Pənah Hüseyn deyir ki, ətrafına siyasi və iqtisadi mənada yaxınlarını yığmaq indiki prezidentin atasından qalma təcrübədir:

“90-cı illərdə indiki siyasi iqtidarın sələfi olan hakimiyyətin formalaşmasında regional amil çox ciddi rol oynamışdı. Son illərdə bu bir qədər zəifləmişdi. Ən yuxarı təbəqəni bir kənara qoysaq, aşağıda yeni prinsiplər özünə yol açmağa başlamışdı”.

Hakimiyyətdə olan naxçıvanlılar

2014-cü ildə AzadlıqRadiosu-nun araşdırması üzə çıxarmışdı ki, Azərbaycan dövlətinin idarəolunması sistemində iştirak edən 44 vəzifəli şəxsdən 15-nin özü və ya atası prezident İlham Əliyevin ata vətəni Naxçıvanda doğulub. 5 məmur isə Ermənistandan qaçqın düşmüş ailələrdəndir.

Buna da bax:​ "Küt, dayaz adamlara üstünlük verilir"

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanındakı keçmiş səfiri Arif Məmmədov deyir ki, hakimiyyətin aşağı pillələrində də qohuma tanışa üstün münasibət var. Onun sözlərinə görə, qohumunu işə götürmək dövlət qulluğu haqqında qanuna zidd olduğuna görə, nazirlər bunu etmirlər, amma:

“Nazirliklərin çoxu çalışırdılar ki, yaxın qohumları birbaşa yaxın qohumlarının tabeliyində işləməsin. Hansısa nazir çalışırdı ki, hansısa qohumumu ona yaxın olan məmurun yanında işləsin. Bizim xarici işlər nazirliyində də bir çox məmurlar var idi ki, müxtəlif məmurların övladları idi”.

Mia.az-ın məlumatına görə, bu günlərdə Daxili İşlər Nazirliyində rayon mühafizə idarəsinin rəis müavini təyin olunmuş Nazim Həsən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur.

Buna da bax: SOCARda qohumbazlıq

Bəs vətəndaşlar bu haqda nə fikirləşirlər? İrəli getmək üçün qohum tanış lazımdırmı?

Dövlət idarəetməsində qohumbazlıq varmı?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Xarici təcrübə

BMT Korrupsiya ilə Mübarizə Konvensiyasında nepotizm korrupsiyanın bir növü sayılır. Bir çox ölkələrdə buna görə ağır cəza tətbiq olunur. Misal üçün 2004-cü ildə Norveç Qızıl Xaç Komitəsinin rəhbəri xəstəxana təmirinin sifarişini qardaşlarının rəhbərlik etdiyi şirkətə verdiyi üçün beş il yarım müddətinə həbsə məhkum olunub.

Azərbaycanda yeni iqtisadi vəziyyət yaranır, neftin qiyməti düşür, gəlirlər azalır. Siyasi sistemdə bu baxımdan dəyişiklik gözlənilirmi?

Buna da bax:​ Rövnəq Abdullayevin qayınatasının neft biznesi [araşdırma]

Hakimiyyətin özünü qoruma instinkti artacaq

Pənah Hüseyn əvvəlki təcrübəni yada salıb deyir ki, nepotizm daha da güclənəcək, çünki hakimiyyətin özünü qoruma instinkti artacaq.

Deputat Adil Əliyev isə qafqazinfo-ya müsahibəsində deyib ki, ümumiyyətlə yerlibazlıq hissləri 1992-93-cü ildən sonra sıradan çıxmağa başlayıb və hazırda nə icraedici strukturlarda, nə də parlamentdə yerlibazlıqdan danışmaq olmaz.

XS
SM
MD
LG