İNTİQAM ƏLİYEVİN HƏBSİ BARƏDƏ QISA ARAYIŞ
Hüquq Maarifçilik Cəmiyyətinin prezidenti İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb.
İntiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi üçün gördüyü işlərə, xüsusən Avropa Məhkəməsinə göndərilən şikayətlərin hazırlanmasına və bu qurumda Azərbaycan vətəndaşlarının müdafiəsini gerçəkləşdirdiyinə görə cəzalandırıldığını bildirir.
«Amnesty International» beynəlxalq insan haqları təşkilatı İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.