İntiqam Əliyev 5 il şərti azadlığa buraxıldı...
Tanınmış hüquq müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.
İntiqam Əliyevin saxlandığı cəzaçəkmə müəssisəsinin qarşısı (Canlı)
Vəkillər İntiqam Əliyevə bəraət üçün mübarizəni davam edəcəklərini deyirlər
Martın 28-də keçirilən məhkəmə iclasında Baş prokurorun müavini Namiq Əsgərov protesti müdafiə edib.
Vəkillər çıxış edərək bildiriblər ki, müdafiə tərəfi bəraətverici əsaslarla cinayət işinə xitam verilməsini vacib sayır. Eyni zamanda, Baş prokurorun protestindəki dəlillərlə də razılaşır ki, cəza təyin olunarkən faktlar, o cümlədən, İntiqam Əliyevin səhhəti nəzərə alınmayıb.
Hakim isə İntiqam Əliyev barədə hökmün 5 il şərti cəza ilə əvəz edilməsi barədə qərar çıxarıb.
Vəkil Cavad Cavadov qərardan sonra jurnalistlərə bildirib ki, İntiqam Əliyevə bəraət verilməsi üçün hüquqi addımları davam etdirəcəklər
Hökmdən Avropa Məhkəməsinə şikayət veriləcək.
İntiqam Əliyev azad edildi
Dünyaca tanınmış hüquq-müdafiəçisi İntiqam Əliyevin cəzası 5 il şərti cəza ilə əvəz edilərək azadlığa buraxılıb.