Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:31

İran Ermənistanı təhlükəsizliyi regiondan kənarda axtarmamağa çağırıb


İran prezidenti İbrahim Rəisi Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edərkən
İran prezidenti İbrahim Rəisi Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edərkən

"Təhlükəsziliyin regiondan kənarda axtarılması əks nəticələrə səbəb ola bilər”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edərkən İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani deyib.

Aştiyanı əlavə edib ki, bütün qonşularla münasibətlərin möhkəmləndirilməsi İran xarici siyasətinin əsas prinsiplərindən biridir.

İranın Mehr xəbər agentliyi yazır ki, Aştiyani İranın regional sülhə dəstəyini bir daha təsdiqləyib:

"İranın qətiləşdirilmiş mövqeyi region ölkələrinin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi və beynəlxalq aləmdə tanınmış sərhədlərin dəyişməziliyidir”.

Aştiyani xüsusilə vurğulayıb ki...

O bildirib ki, İran bu siyasətinə Qafqaz regionunda da sadiq qalır və Azərbaycanla Ermənistan arasında birbaşa əlaqələri dəstəkləyir.

Aştiyani bundan əvvəl İranın başqa rəsmi vəzifəlilərinin mövqeyini bir daha təsdiqləyib və bəyan edib ki, regional təhlükəsizliyi region ölkələri təmin etməlidirlər və hər hansı başqa mövqe Tehran üçün qəbuledilməzdir.

IRNA agentliyinin yazdığına görə Aştiyani xüsusilə vurğulayıb ki, “təhlükəsizliyin regiondan kənarda axtarılması əks nəticələr verəcək, region müxtəlif qüvvələrin münaqişə nöqtəsinə çevriləcək və bu, regional sülh və sabitlik üçün daha çox problem yaradacaq”.

“Xarici qüvvələrin müdaxiləsi olmadan”

Azatutyun yazır ki, tərəflər Tehran görüşü zamanı müdafiə sahəsində əməkdaşlığın perspektivlərini, regional münasibətləri müzakirə ediblər və Cənub Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunmasına dəstək bildiriblər.

Papikyan Tehranda habelə İran silahlı qüvvələrinin baş qərargah rəisi general-mayor Məhəmməd Bağeri ilə görüşərək müdafiə sahəsində əməkdaşlığı müzakirə edib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistan-Azərbaycan münasibətlərini Azərbaycan və Rusiya rəsmiləri ilə müzakirə etdikdən sonra, ötən ilin dekabrında Yerevana səfər etmiş və belə bir bəyanat vermişdi:

"İran Ermənistanın sülh və sabitliyinin xarici qüvvələrin müdaxiləsi olmadan təminatını istəyir və Ermənistan-Azərbaycan arasında sülhün bərqərar edilməsinin qarantlarına – İran, Türkiyə və Rusiyaya təşəkkürünü bildirir”.

Abdullahian bunu da demişdi ki, İran Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və Yerevanın “Sülhün yol kəsişməsi” ideyasını alqışlayır.

XS
SM
MD
LG