Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:42

İranda zibil konteynerini yandıran edam oluna bilər


İranda etirazçılardan biri (Arxiv fotosu)
İranda etirazçılardan biri (Arxiv fotosu)

İran ədliyyəsi zibil konteynerini yandıran şəxsə “Allaha qarşı müharibə” ittihamı irəli sürüb

İran ədliyyəsi zibil konteynerini yandıran şəxsə “Allaha qarşı müharibə” ittihamı irəli sürüb.

İranın Cinayət Məcəlləsində bu ittihamla ölüm cəzası verilə bilər.

Dövlət ədliyyəsinin Mizan xəbər agentliyi noyabrın 7-də prokurorluq nümayəndəsinə istinadən bildirib ki, Səhənd Nurməhəmmədzadə adlı bu şəxs zibil konteynerləri və avtomobil təkərlərinə od vurmaqla Tehranın əsas küçələrindən birində yolu bağlayıb.

Nurməhəmmədzadə bu ittihamı rədd edir və bildirir ki, etiraz aksiyası zamanı onun ofisinin qarşısındakı zibil konteynerinə od vurulsa da, o bu aksiyada iştirak etməyib.

Bu arada İran parlamentinin 290 deputatından 227-si ölkədə həftələrdir ki, davam edən etiraz aksiyalarının bəzi iştirakçılarının edam cəzasına məhkum edilməsinə çağırıb.

Bölgələrdə az qala hamı uşağını repetitor yanına göndərir
Gözlə

No media source currently available

0:00 0:06:24 0:00

“Qisas” prinsipi

İran ədliyyəsinin rəhbəri Qulamhüseyn Mohseni-Ejeyi noyabrın 7-də Ali Ədliyyə Şurasına deyib ki, o parlamentdən edilən bu çağırışı dəstəkləyir və etirazçılardan bəziləri “Qisas” prinsipi ilə edam oluna bilər.

Bundan əvvəl Mohseni-Ejeyi etirazçıların məhkəməsi ilə məşğul olan hakimləri onlara “yüngül cəzalar” verilməsindən çəkinməyə çağırmışdı.

Sərt xətt-hərəkət tərəfdarlarından mühafizəkar ruhani, Üləmalar Şurasının üzvü Əhməd Xatəmi də ədliyyə rəsmilərinə müraciət etmişdi.

Onun sözlərinə görə etirazçılara elə cəzalar verilməlidir ki, bir daha etirazlara cürət edilməsin.

'45 yaşından yuxarı adamlara iş yoxdur'
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

İnsan haqları təşkilatları İranda etirazçılara ağır cəzalar verilməsinə çağırışları pisləyiblər və biliriblər ki, İranda siyasi məhbuslar onsuz da haqlarının çoxundan məhrumdurlar.

Siyasi fəalların HRANA xəbər agentliyi bildirib ki, noyabrın 5-ə olan məlumata görə İran etirazlarında indiyədək 49 azyaşlı da daxil, 318 nəfər həlak olub.

XS
SM
MD
LG