Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:42

İranda hicab tələbini rədd edən qadının aptekini bağladılar - (Video)


Tehranda aptek (İllüstrativ foto)
Tehranda aptek (İllüstrativ foto)

İranın Mazandaran ostanındakı Amül şəhərinin apteklərindən biri bağlanıb.

Buna səbəb aptek sahibəsinin yerli mollanın hicab tələbini rədd etməsi olub.

İnternetdə geniş yayılmış videoda adının doktor Foruq Haqpənah olduğu deyilən aptek sahibəsinin mollanın ondan hicab qaydasına əməl etmək barədə tələbini rədd etməsi görünür.

Aptekdə baş vermiş qarşıdurmadan sonra işçilər mollaya xidmət göstərməkdən imtina ediblər.

Molla bu zaman smartfonunu çıxarıb və baş verənləri videoya alıb.

Mazandaran ostanının ədliyyə rəhbəri Məhəmməd Sadeq Əkbəri sözü gedən aptekin bağlanmasına əmr verib.

Əmrdə bunun səbəbi kimi “hicab qaydasına əməl olunmaması və bir müştəriyə xidmətdən imtina edilməsi” göstərilir.

Əkbəri əlavə edib ki, aptek sahibəsinə qarşı hüquqi tədbirə göstəriş verilib.

Blinken İranla bağlı bəyant verdi
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00

Hicabdan başlanan hərəkat

İranda ötən sentyabrda deyilənə görə hicab qaydasını pozması ilə bağlı polis məntəqəsinə aparılan və orada vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümünün ardınca başlanan etirazlar hələ də səngimək bilmir.

Son aylarda bütün İranı bürümüş etirazlarda hicab prinsipial məsələyə çevrilib.

Bir çox qadınlar hicablarını açır və yandırır.

Hakimiyyət etiraz aksiyalarına qəddar zorakılıqla reaksiya göstərir.

İnsan haqları təşkilatları indiyədək etirazlarda 500-dən çox insanın öldürüldüyünü, yüzlərlə xəsarət alanların olduğunu bildirir.

Bundan başqa etirazlarla bağlı jurnalistlər, vəkillər, fəallar və başqaları da daxil minlərlə şəxs saxlanıb.

Bunların bir çoxuna qarşı ölüm cəzası nəzərdə tutan ittihamlar irəli sürülüb.

XS
SM
MD
LG