Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:57

İran Azərbaycanla yaxın bölgələrdə yeni xəstəxanalar tikir [video]


İran Azərbaycandan daha çox xəstə qəbul etməyə çalışacaq
Gözlə

No media source currently available

0:00 0:09:56 0:00

İran Azərbaycandan daha çox xəstə qəbul etməyə çalışacaq [A-Live]

İran ölkəyə xaricdən, o cümlədən, Azərbaycandan müalicəyə gələnlərin sayını artırmaq istəyir.

İranın iqtisadi jurnalı “Financial Tribune” yazır ki, ölkə boyunca 22 yeni xəstəxana tikəcək. Xəstələrin Azərbaycan, Ermənistan, Türkmənistan, İraq, Əfqanıstandan gəlməsi gözlənilir.

HEGTA adlanan bu müalicə turizmi proqramının məqsədi İrana yarım milyona qədər tibbi turist cəlb etmək, 2025-ci ilə qədər bundan ildə 2,5 milyard dollar əldə etməkdir.

Buna da bax: Manat dəyərdən düşdükcə Azərbaycandan İrana alverə gedənlər azalır...

Bakıda, tibb elmləri doktoru Adil Qeybulla deyir ki, Azərbaycan hökuməti tədbirlər görməsə, İrana gedən azərbaycanlıların sayı həqiqətən də arta bilər:

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

“İranın bu proqrama azərbaycanlıların yeni axınına stimul verə bilər. Xüsusilə də əgər orda qiymətlər Azərbaycandan aşağı olsa. Azərbaycan vətəndaşları milli səhiyyəyə güvənməlidirlər. Bunun isə qayğısına dövlət qalmalıdır. Dövlət axının qarşısını almaq üçün işlər görməlidir”.

Adil Qeybulla deyir ki, xəstələr bir neçə səbəbdən İranı seçir - Azərbaycandakı xidmətdən narazı olduqları üçün, İranda müalicə xərcləri daha aşağı olduğu üçün və ümumiyyətlə, başqaları müalicə məqsədilə İrana getdiyi üçün.

Buna da bax: Belarus qonşu ölkələrin 'tibb cənnəti'nə çevrilir

29 yaşlı Bakı sakini Qurban Məmmədli deyir ki, anası Rəna Mehrəliyeva bir ilə yaxındır ki, uşaqlıq yolunun xərçəngindən əziyyət çəkir. O, Azərbaycan həkimlərinə etibar etmədiyi üçün anasını İrana aparıb, ilk mərhələdə 15 min dollar xərcləyib, indi həmin borcu qaytarmaq və növbəti əməliyyat üçün 5 min dollar pul toplamaq üçün kitab satışı aksiyası keçirir:

Qurban Məmmədli
Qurban Məmmədli

"Düzü, bura etibar etmirdik, mən özüm də görmüşəm, sağlam insanların ölümcül hala salınmasını görmüşəm. İrandan əvvəl Almaniyaya istədim gedək, xərclər çox böyük oldu. Türkiyə və İran arasında seçim edəndə, İran daha ucuz idi, ona görə, İrana gedəsi olduq".

Buna da bax: İrana alış-verişə və müalicəyə gedənlər azalıb

Azərbaycanda səhiyyə xidmətləri qanunla pulsuzdur. Amma AzadlıqRadiosu-na daxil olan şikayətlərdə deyilir ki, xəstələrdən pul tələb olunur.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova AzadlıqRadiosu-na müsahibəsində deyir ki, Azərbaycandan İrana müalicə üçün gedənlərin sayı əhəmiyyətli dərəcədə azalıb, çünki artıq hökumət lazım olan infrastrukturu ölkədə qurub - regionlarda hospitallar tikilib, həkimlər göndərilib.

Buna da bax: Xəsarət alan qadın: 'İrana gedəndə zədələnmişəm...'

Bəs Bakı sakinləri buna nə deyir? Onlar, Azərbaycanda, yoxsa xaricdə müalicə olunmağa üstünlük verirlər?

Pulunuz olsa harada müalicə olunmaq istərdiniz? [video-sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, hökumətin İrana xəstə axınının qarşısını almaq üçün görməli olduğu işlərdən biri də icbari sığortanın tətbiq etməkdir. Hökumətin 10 ilə yaxındır ki, bunu planlayır. Amma hələlik, vətəndaşlar yalnız Yevlax və Mingəçevirdə bu xidmətdən yararlana bilirlər.

XS
SM
MD
LG