Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 04:44

İranın bazara qayıtması Azərbaycanı niyə narahat etməlidir?


Neft qiymətlərinin bundan sonra da enməsi nəticəsində Rusiya, Azərbaycan, Venesuela və İraq kimi tamamilə neftdən asılı olan ölkələrdə sosial təlatümlər başlana bilər

İranın üzərindən beynəxalq sanksiyaların qaldırılması bu ölkənin 14 ildən sonra neft bazarına qayıtması deməkdir.

Fərq yalnız bundadır 2012-ci ildə sanksiyalar sərtləşdiriləndə və İranın günə 700 min barrel nefti bazarı tərk edəndə, neftin qiyməti bir barrel üçün 109, 5 dollar idi. Sanskiyalar qaldırılan gün isə qiymət 29 dollara düşüb.

Bununla belə, İran artıq bu bazar ertəsindən öz neftini hətta 25 dollardan satmağa hazır olduğunu bildirib.

Bir çox ekspertlər bu qənaətdədirlər ki, İranın neft bazarına qayıdışı qiymətlər üçün yeni təlatüm olacaq.

Təhlilçilər bunu da deyirlər ki, neft bazarındakı qiymətlər İran faktoru olmadan da enişdə idi.

Bunun ilkin və başlıca səbəbi neftin dünyada ən böyük alıcısı olan Çində iqrtisadiyyatın yavaşımasıdır.

Sosial təlatüm

Buna baxmayaraq, İranın bazara qayıdışı barədə xəbər investorlar arasında əsl panikaya səbəb olub.​

İnvestorlar narahatdırlar ki, qiymətlərin bundan sonra da enməsi nəticəsində Rusiya, Azərbaycan, Venesuela və İraq kimi tamamilə neftdən asılı olan ölkələrdə sosial təlatümlər başlana bilər

Onlar narahatdırlar ki, qiymətlərin bundan sonra da enməsi nəticəsində Rusiya, Azərbaycan, Venesuela və İraq kimi tamamilə neftdən asılı olan ölkələrdə sosial təlatümlər başlana bilər.

WTRG Economics şirkətindən James Williams-ın sözlərinə görə, İran qlobal neft təchizatının tələbdən günə 2 milyon barrel artıq olduğu bir vaxtda, bazara daha 500 min barrel çıxarmağa hazırlaşır.

Təhlilçilərin fikrincə, Avropa və Hindistan kimi ölkələr böyük bir ehtimalla ucuz İran neftinə müştəri olacaqlar, bu isə o deməkdir ki, neft bazarında hansısa ölkələrin piştaxtaları daralacaq.

Neft qiymətlərinin düşməsi son həftələrdə səhm bazarlarındakı qiymətləri də tənəzzülə uğradıb.

Avropa üzrə əsəs birja indeksləri yanvarın 15-də 2 faiz, Wall Street-dəki səhm qitymətləri isə bundan da çox enib.

Aparıcı Moskva indeksi 5, 8 faiz düşüb, Braziliyanın İbovespa indeksi 2, 4 faiz itirib.

Çin səhmlərinin Shanghai Composite Index göstəriciləri 3, 55 faiz düşüb.

Dolların güclənməsi

Brent markasından olan neftin barreli 29 dollardan aşağı enib. Bu, bir həftə ərzində 13 faiz ucuzlaşma deməkdir. Neftin qiyməti 2014-cü ildən bəri 70 faiz düşüb.

İndi neft ekspertləri qiymətlərin 20 dollara düşmək ehtimalını tam real sayırlar. Ucuzlaşan neftdən azalan gəlirlərin yerini doldurmaq üçün Rusiya kimi ölkələr rekord həcmlərdə neft hasilatına başlayıblar.

Neft qiymətlərinin düşməsi səbəbilə Azərbaycanda və hökumətlərin neftdən tam asılı olduğu başqa ölkələrdəartıq sosial narazılıqlar başlanıb

Neft qiymətlərinin düşməsi səbəbilə Azərbaycanda və hökumətlərin neftdən tam asılı olduğu başqa ölkələrdəartıq sosial narazılıqlar başlanıb. Neft gəlirlərinin azalması şəraitində əhali üçün ərzaq və digər mühüm malların alınması son dərəcə çətinləşib.

Təhlilçilər bildirirlər ki, neft qiymətlərinin bundan sonra da düşməsi bir sıra neft istehsalçısı olan ölkə və şirkətləri müflisləşdirə bilər.

Bütün bunlardan başqa investorları qorxudan dolların güclənməsi, habelə ABŞ-ın bu il bank faizlərini artırmaq niyyətində olması barədə xəbərlərdir.

Üç həftədir ki, dünya birjalarında itkilər yaşanır. Avropa səhmləri 2014-cü ildən bəri ən aşağı qiymət həddinə enib. Bütün dünya birjalarını birləşdirən MSCI indeksi 2, 1 faiz azalıb. Bu, 2013-cü ildən bu yana ən aşağı həddir.

XS
SM
MD
LG