Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:45

«Prezident bilmir ki, MTN-də bizə hansı işgəncələr verilib»


Karikatura. MTN
Karikatura. MTN

► «Mən kürdəm, amma PKK-çı deyiləm»

«MTN əməkdaşları məni tutdular, dedilər ki, "600 min manat ver, səni buraxaq". Lakin mən razı olmadım. Onlara günahsız olduğumu dedim...»

Bunu Qaraçuxur qəsəbəsindəki "Cümə" məscidini yandırmaqda ittiham olunan iki nəfərdən biri – Elnur Ələkbərov fevralın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində son sözündə deyib.

“VÜQAR ƏLİYEVİN YANINDA BİZƏ ELEKTROŞOK VERDİLƏR”

Törətmədiyi cinayəti etiraf etməsi üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) işgəncələrə məruz qaldığını deyən Elnur Ələkbərov həmin şəxslərin cəzalandırılmasını tələb edib:

"MTN əməkdaşları məni "terrorçu" adlandırdılar. Əl barmaqlarımdan analiz götürüb məhkəməyə apardılar. Gecə yatanda MTN əməkdaşları bizi elə döydülər ki, bizdə hal qalmamışdı. Tələb edirdilər ki, dostlarımız Azər və Manafın da adını çəkək, onların da hadisə zamanı orada olduğunu deyək. MTN-nin müstəntiqi, polkovnik-leytenant Vüqar Əliyevin yanında bizə elektroşok verdilər. Bizi döyənlərin üzündə maskalar var idi. Həmin şəxslərin cəzalandırılmasını istəyirik. İttiham aktında yazılıb ki, guya, bizdə silahlar olub. Yalandır, yazıblar, amma heç nəyi araşdırmayıblar. MTN əməkdaşlarının ucbatından indi buradayam. Həmişə terrorizmə nifrət eləmişəm və özüm də işlədiyim müddətdə buna qarşı mübarizə aparmışam. Cənab prezident bilmir ki, MTN-də bizə hansı işgəncələr verilib. Ailəm və xalq MTN-ə niyə inanmalıdır? Cənab prezidentin MTN-in haqsızlıqlarını görəcəyinə inanırdım. Elə də oldu, MTN-nin rəhbər şəxsləri həbs edildi. Vüqar Əliyev və MTN-nin digər əməkdaşlarının əməllərilə bağlı prezidentə müraciət edəcəyik. Hadisə günü məscidin kameralarının lentə aldığı görüntülərdən də aydın olur ki, mən orada olmamışam. Lakin prokuror mənə 16 il iş istəyir. Bu necə olur axı?"

Elnur Ələkbərov MTN-in onları PKK-çı kimi təqdim etməsinə də etirazını bildirib. Qeyd edib ki, kürddür, amma PKK-çı deyil. (Ardı aşağıda)

Qazaxıstanda kollec müəllimi tələbədən açıq-aydın rüşvət alır
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

“AĞSAQQAL DANIŞIB”

Elnur Ələkbərov özünü yalnız cinayəti bilib xəbər verməməkdə təqsirli bilir:

"Mən məscidi yandıranda Namiqin yanında olmamışam. Mənim bir günahım var, o da hadisədən xəbərim olsa da, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməyimdir. Namiq Nəsibov da ifadəsində bildirib ki, hadisədə mən iştirak etməmişəm".

Elnur Ələkbərov son sözündə qeyd edib ki, bu məsələdə Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun adından istifadə olunub:

"MTN-nin video-görüntülərində də günahımın olmadığını demişəm. Zorla ərizəyə qol çəkdirdilər, dedilər ki, "narahat olma, ağsaqqal danışıb". Dedim, “ağsaqqal kimdir?” Cavab verdilər ki, “Bəylər müəllim. Ağsaqqal Bəylər müəllim işə qarışıb, məsələni həll edəcək". Bu haqda anama da demişdilər ki, məsələni Bəylər Əyyubov həll edəcək. Anam bunu mənə həbsdə olanda dedi".

______________________________________________________________

Bunlara da bax:

______________________________________________________________

“AZƏRBAYCANDA YAŞAYAN KÜRDLƏR ADINDAN...”

Müttəhim çıxışının sonunda Rauf Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasından onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib:

"Azərbaycanda yaşayan kürdlər adından sizdən mənim barəmdə bəraət hökmü çıxarmağınızı xahiş edirəm".

Digər təqsirləndirilən Namiq Nəsibov isə dərman qəbul etməli olduğunu deyib və son söz üçün vaxt istəyib. Ötən məhkəmə iclasında Namiq Nəsibovun vəkili müvəkkilinin psixi problemləri olduğunu bildirmiş, məhkəmədən onun məcburi müalicəyə göndərilməsinə dair qərar verilməsini xahiş etmişdi.

Məhkəmə prosesi fevralın 29-da davam edəcək.

"Cümə" məscidində yanğın 2014-cü il noyabrın 26-da baş verib. Namiq Nəsibov və Elnur Ələkbərova qarşı Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq) və 228-ci (qanunsuz olaraq odlu silah-sursat saxlama) maddələrilə ittiham irəli sürülüb. Onlar yandırıcı maye ilə dolu şüşələri atmaqla məsciddə yanğın törətməkdə ittiham olunur. Cinayət işinin materiallarında onlar həm də PKK-çı kimi təqdim edilib. Qeyd olunub ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriyada PKK-nın nəzarətində olan ərazilərə gedərək, oradakı döyüşlərdə iştirak edib.

Prokuror təqsirləndirilən şəxslərdən Namiq Nəsibova 17, Elnur Ələkbərova isə 15 il həbs cəzası verilməsini istəyib.

Buna da bax: Hökməlinin "olmayan" yolları- [Fotolar]

XS
SM
MD
LG