İnsan haqları üzrə Birgə İşçi Qrup Avropa Şurasının Baş katibi Thorbjoern Jagland nümayəndəsini geri çağırmasına cavab olaraq bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, 2005-ci ildə hüquq müdafiəçiləri və hakimiyyət nümayəndələrindən ibarət birgə işçi qrup yaradıldı və insan haqlarının müdafiəsi hakimiyyətlə əməkdaşlıq çərçivəsində həll edildi.
Amma Azərbaycana qarşı olan qüvvələr, o cümlədən Avropa Şurasındakı bəzi dairələr ölkədə vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun qarşısını almağa səy göstərdi.
Sənəddə bildirilir ki, işçi qrup Avropa Şurasını dialoqa mane olmamağa çağırdıı, amma AŞ-ın qərəzli yanaşması nəticəsində 2008-ci ildə qrupun fəaliyyəti dayandırıldı.
Bəyanatda qrupun fəaliyyəti dövründə 150-yə yaxın məhkumun azad edildiyi vurğulanır.
Bəyanatda daha sonra deyilir ki, AŞ-ın baş katibi T.Jagland 2014-cü ildə prezident İlham Əliyevə müraciət etdikdən sonra qrupun fəaliyyəti bərpa olundu və qısa vaxtda insan haqları təşkilatlarının siyahılarında qeyd olunan 16 nəfər azad edildi, 1 nəfərinsə cəzası azaldıldı.
Bəyanat müəllifləri belə bir halda Avropa Şurasının baş katibi Jaglandın bu addımının təəccüb və təəssüf doğurduğunu bildirir”
“Hesab edirik ki, anti-Azərbaycan qüvvələrin təkidi və təsiri nəticəsində Jaglandın qəbul etdiyi bu əsassız qərar yalnız Avropa Şurasının nüfuzuna xələl gətirir”, -deyə bəyanatda bildirilir.
Son olaraq, İşçi qrup “anti-Azərbaycan qüvvələri çirkin oyunlarına son qoymağa çağırıb.