Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:40

Prezident: 'Azərbaycanda söz azadlığı təmin olunur'


İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimi keçirilib
İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş ikinci binanın açılış mərasimi keçirilib

«Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur».

AZƏRTAC xəbər verir ki, bu fikri iyulun 20-də Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.

Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.

Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə tez-tez görüşlərini xatırladan prezident İ.Əliyev deyib ki, jurnalistlərə binaların tikintisi bu siyasətin təzahürüdür.

Bina
Bina

XATIRLATMA

Prezident İlham Əliyev bu gün, iyulun 20-də jurnalistlərdən ötrü tikilmiş növbəti binada mənzillərin paylanması mərasimində iştirak edib.

Jurnalistlərə ilk bina 2013-cü ildə tikilib. Dünən, iyulun 19-da isə prezident İ.Əliyev növbəti, üçüncü binanın tikilməsindən ötrü 5 milyon manat vəsait ayırıb.

Ancaq bəzi müstəqil jurnalistlər dövlətdən ev almağı düzgün saymırlar. Onların fikrincə, Azərbaycan kimi azadlıqların boğulduğu ölkədə bu jurnalistləri hakimiyyətdən asılı vəziyyətə salır. Üstəlik, Azərbaycanda hazırda 10-dan çox jurnalist, bloqqer həbsdədir. Bəzi həmkarlarının fikrincə, onlar məhz peşə fəaliyyətlərinə görə həbs ediliblər.

Hərçənd, hakimiyyət təmsilçiləri belə fikirləri qəbul etmirlər. Onlar isə deyirlər ki, həmin şəxslər peşələrinə görə yox, törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Hər il iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. 141 il əvvəl həmin gün Azərbaycanda ilk müstəqil qəzet – «Əkinçi» işıq üzü görüb.

Prezidentdən ev alan jurnalist onu necə tənqid edəcək?
Gözlə

No media source currently available

0:00 0:14:56 0:00

XS
SM
MD
LG