Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:56

Kadyrov: "Məkkədə ölənlərə həsəd aparırıq"


Ramzan Kadyrov (sağda)
Ramzan Kadyrov (sağda)

“Minada, Məkkə yaxınlığında zəvvarların kütləvi ölümü böyük faciə-eyni zamanda Allahın hədiyyəsidir”.

Bunu Çeçenistan lideri Ramzan Kadyrov “Rusiya xəbərlər xidməti”nə müsahibəsində deyib:

“Minada baş verənlər doğurdan da faciədir, Amma belə deyə bilmərik, çünki həcc ziyarətinə gedən hər bir müsəlman ölda ölməyi arzulayır.Allah orda ölənlərin günahını bağışlayır.Hər bir müsəlman Allahı görmək istəyir.Ona görə bu həm faciə, həm də Tanrının böyük hədiyyəsidir”deyə o bildirib.

Kadyrov əmindir ki, Səudiyyə Ərəbistanı gəcc ziyarətinə gedənlərin təhlükəsialiyinin təmin edilməsində əlindən gələni edir.Amma o hesab edir ki, hər şey Allahın əlindədir:

“Qoy Allah onların həcc ziyarətini qəbul eləsin, Onlar ən müqəddəs gündə, müsəlmanlar üçün ən müqəddəs yerdə ölüblər və buna görə də çox xoşbəxt insanlardır və biz onlara həsəd aparırıq,İnşallah qoy onlar cənnətə düşsünlər”.

Sentyabrın 24-də Minada şeytana daşatma mərasimi zamanı baş verən basabasda 700-dən çox zəvvar ölüb, 800-dən çox adam yaralanıb.

Bu il həcc ziyarəti üçün Məkkəyə 2 milyona yaxın zəvvar gedib.

XS
SM
MD
LG