Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:09

Ukraynaya edilən kuberhücumda "Rusiya izi" yoxlanır


illüstrasiya
illüstrasiya

►ABŞ bunu yoxlamaqda israrlıdır

Dekabrın 23-də qərbi Ukraynada bir enerji şirkəti bildirib ki, onun sistemlərinə "müdaxilə" olunub və nəticədə ölkənin xeyli hissəsi elektriksiz qalıb.

ABŞ təhlükəsizlik agentlikləri Ukraynada yaşanmış kiberhücumun Rusiya hökumətinin hakerlərinin əməli olub-olmadığını araşdırırlar.

Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Daxili Təhlükəsizlik Departamentindəki kompüter təhlükəsizliyi ekspertləri enerji şirkətinin şəbəkələrində tapılmış zərərli proqramları araşdırırlar.

Ukraynadakı kiberhücum ABŞ-ın enerji şəbəkəsi üçün də pis xəbərdir. Belə ki, BlackEnergy adı ilə tanınan həmin virus 2014-cü ildə ABŞ-ın enerji müəssisələrinə qarşı da istifadə edilib.

2014-cü ildə həyata keçirilmiş hücum heç bir zərər verməsə də ABŞ təhlükəsizlik və xüsusi xidmət agentliklərini narahat etməyə başlayıb.

Ukrayna rəsmiləri hücuma görə Rusiyanı açıq şəkildə ittiham ediblər. Lakin Rusiyanın məsələyə aidiyyatının olub-olmaması təsdiq edilməyib. Keçmişdə Moskvaya bağlı Sandworm qrupunın hücumlarında BlackEnergy proqramından istifadə etməsi barədə şübhələr olub.

Əgər bu hücumun Rusiya tərəfindən törədilməsi təsdiq edilərsə, ABŞ prezidenti Barak Obama çətin vəziyyətdə qalacaq. Bu halda o, Rusiyanı açıq şəkildə günahlandırmalı olacaq. 2014-cü ildə "Sony Pictures Entertainment" şirkətinə kiberhücumların arxasında Şimali Koreyanın dayandığı aşkar edildiyi zaman belə olmuşdu. Bundan sonra Obama Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsini və əks-kiberhücumun həyata keçirilməsini tələb etmişdi.

XS
SM
MD
LG